Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzular ilə əlaqəli xəbərlər.

636351
Xarici Mətbuat

İngiltərədə nəşr olunan ekonomist jurnalda “Səfirə sui-qəsd, Putin və ərdoğanı yaxınlaşdıracaq” başlığı ilə əks edən şərhdə : “Rusiyanın Türkiyə səfiri Andrey Karlovun öldürülməsi, Rusiya ilə Türkiyəni daha da yaxınlaşdırdı. Prezident Rəcəb Tayyib ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin hücumu “təxribat” olaraq xarakterizə edərək terrora qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi mövzusunda mütabiq qalıb. Türkiyənin Xarici İşlər Nazirliyi isə “sui-qəsdin əlaqələrə mənfi təsir etməsinə icazə vermiyəcəklərini ifadə edərək Moskvadakı Suriya konfransının planlaşdırıldığı tarixdə keçiriləcəyini bildirdi.

Almaniyanın media orqanı Deutsche Welle “Aİ-dan Türkiyədəki Suriyalı uşaqlara 270 milyon avroluq dəstək” başlığı ilə çatdırdığı xəbərdə: Avropa İttifaqı Türkiyədəki Suriyalı uşaqların təhsil ehtiyaclarının təmini üçün 270 milyon avro yardım verilməsini nəzərdə tutan müqaviləni imzaladı. Avropa İttifaqı Komissiyasından mövzu ilə bağlı edilən şərhə görə, imzalanan müqavilə çərçivəsində veriləcək yardım Türkiyədəki Suriyalı qaçqın uşaqlara məktəblər inşa edilməsi və təhsil ləvazimatlar təmin edilməsi üçün xərclənəcək. 270 milyon avroloq yardımla təxminən 100 məktəb tikilməsi planlaşdırılır. Türkiyənin cənub və cənub-şərq bölgələrində tikiləcəm məktəblərdə təxminən 70 min Suriyalı qaçqın uşağın təhsil almasına imkan yaradılacaq.

China Radio International CRI: “Prezident Akıncı, Rum həmkarı Anastasiadis ilə təhlükəsiz zonada bir araya gəlib. Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Mustafa Akıncı ilə Rum İcmasının lideri Nikos Anastasiadis, Kıbrıs probleminə BMT-nin nəzarətində əhatəli və daimi həll yolu tapmaq məqsədiylə aparılan müzakirələr çərçivəsində təhlükəsiz zonada görüşüb. Təxminən dörd saat davam edən iclasa, Türk tərəfinin məsləhətçisi Özdil Nami, Rum ekspert Andreas Mavroyannis, BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Elizabeth Spehar və digər səlahiyyətlilər də qatılıb. Akıncı mütabiq qalınacaq ünsürlərin hər iki tərəfin də lehinə olmasının lazım gəldiyini ifadə edən Şimali Kıbrıs türk respublikası prezidenti Akıncı, bunun da ancaq müzakirələr və danışıqlarla mümkün ola biləcəyini vurğulayıb.

Amerikanın səsi Radiosu VOA: “Brexit Üçün Türkiyə Nümunəsi” başlıqlı xəbərində: İngiltərənin Beynəlxalq Ticarət naziri Liam Fox ölkəsinin Avropa İttifaqından ayrılma (Brexit) prosesiylə əlaqədar Türkiyəni nümunə göstərib və Avropa İttifaqı ilə məhdudlaşdırılmış Gömrük Sistemi sazişi imzalaya biləcəyini qeyd edib.

Liam Fox BBC televiziya kanalına verdiyi müsahibədə: “Hökumət olaraq Brexit ilə əlaqədar fərqli variantları qiymətləndirmək istəyirik. Fərqli məsələləri müzakirə etmək istəyirik. Yalnız iki variant yoxdur. İnsanlar sanki qaynadılmış yumurta kimi sərt ya da ılıq Brexitdən danışırlar. Lakin məsələ bundan daha mürəkkəbdir. Məsələn Türkiyə, Gömrük Sisteminin bəzi hissələrində söz sahibidir bəzilərində isə deyil” deyə vurğulayıb.

Xatırladaq ki, keçən həftə İngiltərə Maliyyə naziri Philip Hammond da, Aİ ilə ticarət razılaşması imzalama müzakirələrinin ikildən tez nəticələnməsinin mümkün olmadığını, buna görə də müvəqqəti razılaşma imzalamağın zərurət olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr