Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

634961
Xarici mәtbuat

Fransa AFP: Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Rusiyanın Ankaradakı sәfiri Andrey Karlova tәşkil  edilәn sui-qәsdә baxmayaraq Suriya mövzusu  daxil olmaqla  Rusiyalı hәmkarı Vladimir Putinlә  әmәkdaşlığı davam etdirmәk  mәsәlәsindә razılıq әldә etdiklәrini söylәyib. 

Avrasiya tünelinin açılış mәrasimindә çıxış edәn Rәcәb Tayyib Әrdoğan bildirib ki:  ‘‘Rusiya ilə münasibәtlәrimizin  pozulmasına, ziyan görməsinə əsla icazə verməyəcəyik’’

Rusiya,TASS: İstanbulda Avrasiya tunelinin açılış mәrasimindә  çıxış edən Türkiyәnin dövlәt başçısı Rәcәb  Tayyib Ərdoğan Rusiyanın Ankaradakı sәfiri Andrey Karlovun cinayәti ilә bağlı  birgә istintaq komissiyasının yaradıldığını  bildirib.

Әrdoğan: "Türkiyə ilə Rusiya birgə istintaq komissiyası  yaradıb. Rusiyadan gәlәn nümayәndә heyәti  artıq  istintaq işinә başlayıb. Rusiya ilə münasibәtlәrimizin  pozulmasına, ziyan görməsinə əsla icazə verməyəcəyik.’’  deyib.

Almaniya, DPA: Rusiyanın Ankaradakı sәfirinә tәşkil edilә sui-qәstdәn  bir neçә saat sonra  Rusiya, Türkiyə və İran, Suriya mövzusunda   daha yaxın əməkdaşlıq etmәk  məsələsində razılıq әldә edib. Moskvada həmkarları ilə görüşdükdən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov  üç ölkәnin dә  Suriya rəhbərliyi ilə müxalifət qüvvәlәri arasında razılığın әldә edilmәsi üçün vasitәçi  olmağa hazır olduqlarını deyib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu da dünәn  Türkiyə və İran müdafiə nazirləri ilә  bir araya gəlib. Şoyqu Andrey Karlova tәşkil edilәn  sui-qəsd  ilə əlaqədar: "Bu cür aktların beynəlxalq aləmdə terrorizmlə mübarizə səylərimizlə bağlı olduğunu anlayırıq. Bu mübarizəni qәtiyyәtlә davam etdirәcәyik’’ deyә bildirib.

ABŞ, AP: Asiya ilə Avropa bölgəsini birləşdirən və dənizin dibində inşa edilən Avrasiya Tuneli   istifadəyə verilib. Avrasiya tüneli Rusiyanın Ankaradakı sәfirinә tәşkil edilәn sui-qәsdә baxmayaraq açıldı.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan: ''Terrorun bizi öz gündəminə əsir etməsinə icazə vermədik, bundan sonra da bu mövqeyimiz davam edəcəkdir. Onun üçün bugün Avrasiya Tunelinin açılış mərasimini təxirə salmadıq.  Bunun terrora qarşı ən düzgün və ən təsirli mövqe olduğuna inanırıq'' deyib.


Etiketlәr: #Fransa , #AFP , #terror , #Rusiya , #TASS , #Almaniya , #DPA , #ABŞ , #AP

Әlaqәli Xәbәrlәr