Xarici Mətbuat

Gündəm xarici mətbuat vasitələrində

630181
Xarici Mətbuat

Almaniya,  DPA: "Avropa İttifaqı -Türkiyə ilə dialoq yolunu açıq saxlayacaq"
 
 Avropa İttifaqı Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı dövlət çevrilişi cəhdindən sonra Türkiyə ilə bağlı ilk dəfə konkret  addımlar atır. İttifaq üzvü olan ölkələr çərşənbə axşamı günü keçirdikləri görüş və müzakirələrdən sonra Avstriya və Avropa Parlamentinin Türkiyənin iştirakının dondurulması istiqamətindəki tələblərini rədd etdi. Beləliklə, Aİ Brüsseldəki nazirlər toplantısında Türkiyəyə qapılarını bağlamayaraq, dialoqun davam etdirilməsi barədə qərar qəbul etdi.

 

Hindistan, Jansatta (gündəlik qəzet): "PKK qərbdən aldığı silahları DEAŞ-a qarşı deyil, Türkiyəyə qarşı istifadə edir"
 
 Qərb ölkələri terror təşkilatı PKK/PYD-yə başqa bir terror təşkilatı DEAŞ ilə döyüşməsi üçün silahlar verir. Ancaq PKK bu silahları Qərbin qorxduğu DEAŞ-a qarşı deyil, Türkiyəyə qarşı istifadə edir. Təşkilat terror fəaliyyətlərini yalnız Türkiyə ərazisində həyata keçirir. Bunlara DEAŞ-la döyüş cəsarətini verən qüvvələr (Qərb) digər terror qruplarını da silahla təchiz edir. Beləliklə, Qərbin ikiüzlü siyasəti açıq şəkildə ortaya çıxır. Əslində, terrorla mübarizə etdiyini daim təkrarlayan ölkələrin şübhəli hərəkətləri düşündürücüdür. Bir tərəfdən terrorçulara qarşı hiss edilən narahatlığı göstərəcəksiniz, digər tərəfdən isə maliyyə, silah və hərbi cəhətdən yardım edəcəksiniz. Əgər dünya səviyyəsində terrorizm ağlını itirmiş hərəkətdirsə, bunun ancaq bir səbəbi olabilər:  İki, və ya üçüzlü davranışlar. Bunun da ən yeni və bariz nümunəsi İstanbuldakı terror hücumudur.

 

Azərbaycan, Yeni Müsavat qəzeti: "Separatçı terror təşkilatı, xaricdən dəstək alır"
 

 Son 35 ildə Türkiyədə 35 mindən çox mülki vətəndaş və təhlükəsizlik idarələrinin əməkdaşları terror təşkilatı PKK-nın qurbanı oldu. Türkiyə illərdir təşkilatla mübarizə edir. PKK-nın arxasında Türkiyənin inkişafını istəməyən və təşkilatı silahla təmin edən ölkələr var. Bunu heç kim inkar edə bilməz. Heç bir terrorçu qrup maddi-texniki dəstək və silah almadan terror aktlarını həyata keçirə bilməz. PKK  terrorçu sayını hər il həddi-buluğ yaşına çatan uşaqları zorla dağa qaçıraraq artırmağa çalışsa da, son 1 ildə təşkilatın sıraları çox seyrəlib. Bəs bu qədər partlayıcı maddə, silah, raket, müasir rabitə vasitələri, mağaralarda yaşayan terrorçuların qidası, sursatları haradan təmin edilir? PKK-ya hər növ dəstək verən ölkələrin əsas məqsədi Türkiyənin parçalanması, kiçilməsi, zəifləməsidir. Lakin bunu açıq şəkildə dilə gətirə bilmirlər.

 

Fransa, Liberation, (gündəlik qəzet): "Donald Trumpın Türkiyə marağı"
 
 Amerika Birləşmiş Ştatlarında yanvar ayında prezident kürsüsünə oturacaq Donald Trumpın müsəlmanlar ilə bağlı çıxışları bir yana, hadisələrin inkişafı Türkiyənin  ABŞ-ın güclü ticari və strateji tərəfdaşı olacağı fikrini doğurur. ABŞ-da "Breibart News" internet saytına müsahibə verən Donald Trump  İstanbulun cazibəsini qeyd edərək, bu cəlbedici şəhərdə çox əhəmiyyətli daşınmaz əmlak olduğunu deyib. İstanbulun Avropa hissəsindəki biri 37, digəri isə 39 mərtəbəli Trupm Tower-lər 2012-ci ildə Şişlidə inşa edilib. Trump iş adamı olaraq Türkiyənin çox mənfəətli olduğunu heç zaman gizlətmir. Trumpın İstanbul və İzmirdə sərmayələr yatırdığı da məlumdur. Trump 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyəyə dəstək verdi. Ərdoğan da Trumpı prezident seçilməsi münasibətilə təbrik etdi.

 


 



Әlaqәli Xәbәrlәr