Xarici Mətbuat

Türkiyənin gündəmindəsi əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

629423
Xarici Mətbuat

Qətər mərkəzli televiziya kanalı Əl-Cəzayirin “Çankaya Köşkündə liderlər zirvəsi” başlıqlı xəbərində: Baş nazir Binali Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Bahçeli 14 dekabr Çərşənbə günü Çankaya Köşkündə bir araya gələcək. Baş nazirliyin mətbuat xidmətində verilən məlumata görə yığıncaq Baş nazir Yıldırımın iki liderə göndərdiyi dəvətə görə təşkil ediləcək. 14 Dekabr saat 10.30-da baş tutacaq yığıncaqda terror hücumları başda olmaqla gündəmdəki mövzular müzakirə ediləcək.

ABŞ xəbər agentliyi AP-nin “MALTA-dan Türkiyəyə diplomatik dialoq çağırışı” başlıqlı xəbərində: 2017-ci ildə Avropa İttifaqının növbə ilə olan sədrlik vəzifəsini təhvil alacaq olan Maltaya görə, İttifaq əgər Ankara ilə daha güçlü əməkdaşlıq etmək istəyirsə, müsbət addımlar atmalıdır. Malta xarici işlər naziri Corc Vella açıqlamasında bildirib ki, 28 üzvlü Aİ Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi mövzusunda lazımlı addımları atmalıdır. Ekspertlərə görə Maltalı nazirin bu sözləri, Aİ-nın əhəmiyyətli qonşusu Türkiyəni yaxın ortaq olaraq görmək istədiyinin əlamətidir.

ÇİN, China Radio International CRI: “Çin, İstanbuldakı bombalı hücumu Lənətləyir”. Çin Xarici işlər nazirliyinin nümayəndəsi Geng Shuang, təşkil etdiyi mətbuat konfransında, İstanbulda törədilən terror aktlarını sərt dillə qınadıqlarını, xain terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və Türk hökumətinə baş sağlığı verdiklərini, yaralılara şəfa arzuladıqlarını, ölkəsinin terrorun   hər cürünü lənətlədiyini, terrora qarşı mübarizə edən ölkələrin yayında yer aldıqlarını vurğulayıb.

 Amerikanın səsi Radiosu VOA: “McKenzieyə görə Amerikalı Müsəlmanlar Narahatdır”. Düşüncə quruluşu Brookings İnstitutunda Amerikanın İslam dünyası ilə əlaqələrinə dair araşdırmalar aparan ekspert Robert McKenzieyə görə, Amerikalı müsəlmanlar ABŞ-da prezident seçilən Donald Trumpun izləyəcəyi siyasət mövzusunda narahatdılar. Trumpın seçki əvvəlində qeyri-adi kampaniyalar təşkil etdiyini və heç bir mövzu ilə bağlı necə siyasət izləyəcəyini konkret olaraq açıqlamadığını ifadə edən McKenzie, Kampaniyaların davam etdiyi müddətcə Trump və qrupunun islamiyyət, Müsəlmanlar, İslamofobiya ilə bağlı sərgilədiyi üslub və səsləndirdiyi sözlər, onun prezident vəzifəsinə başladıqdan sonra necə siyasət izləyəcəyi mövzusunda maraq oyandırdığı və ölkə daxilində nifrət cinayətlərinin artmasına səbəb olduğu nəzərindən müdafiə edir.



Әlaqәli Xәbәrlәr