Xarici metbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

626301
Xarici metbuat

Rusiya, rəsmi xəbər agentliyi “Ria Novosti”:"Türkiyə-Rusiya yaxınlaşması hər kəsin xeyrinədir"

 Türkiyə ilə Rusiya arasında təsis edilən etimad və məmnuniyyət getdikcə artır. Baş nazir Binəli Yıldırım iki ölkə münasibətlərinin artıq təkcə strateji tərəfdaşlıq səviyyəsinə deyil, strateji təşəbbüs səviyyəsinə çıxacağını bildirib. Bu cəhdlər hər şeydən əvvəl energetika sahəsini maraqlandırır, yəni söhbət həm Akkuyu Nüvə Enerji Stansiyasının həm də “Türk axını”nın inşasından gedir. “Türk axını” Layihəsinin həyata keçirilməsi bütün tərəflərə iqtisadi fayda gətirəcək.  Nə qədər  də Avropa, ABŞ üçün ABŞ-ın Avropaya mayeləşdirilmiş təbii qaz daşımağa hazır olması baxımından strateji tərəfdaş olsa da bunun praktiki baxımdan mümkün olmadığı aydındır. Çünki bunun çox bahalı olduğunu hamı bilir. Bu səbəblə Rusiya qazına avropalılar tərəfindən strateji mənbə kimi baxılır. “Türk axını” ilə nəql ediləcək qaz isə Avropa üçün daha ucuz olduğuna görə qarşılıqlı qazancdır.

 İngiltərə, “Financial Times” qəzeti: "Dollar yüksəldi, Türklər lirəyə (TL) üz tutdu"

 Dolların spekulyativ şəkildə dəyər qazanması nəticəsində Türkiyədə əhali Türk lirəsinə üz tutdu. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkəsi üzərində iqtisadi sahədəki təxribatçılığı aradan qaldırmaq üçün xalqından lirə və qızıl almalarını istədi. Müəssisələr insanları milli valyuta almağa cəlb etmək üçün ölkə daxilində kampaniyalar başlatdı və bu kampaniya getdikcə böyüyür. Türkiyə rəsmiləri, milli valyutaya sahib çıxılacağı haldaə iqtisadi sahədə zəiflik olmayacağını bildirir. Dolların dəyər qazanması inkişaf etməkdə olan bütün ölkələr üçün problemdir. Ərdoğan bəzi ölkələrə milli valyutadan istifadə məsələsində də müraciət etdi. İndi bu ölkələrin necə reaksiya verəcəyi gözlənilir.

 İran, “İSNA” xəbər agenltiyi: "Türkiyə-Aİ münasibətlərində dönüş nöqtəsi"

 Avropa İttifaqı (Aİ) Türkiyəni illərdir ki, ittifaqa üzvlük məsələsində müxtəlif bəhanələr irəli sürərək başını qatır. Aİ Türkiyədə yeni konstitusiya və rəhbərlik sistemi mübahisələrini və terrorla mübarizə çərçivəsində PKK ilə aparılan mübarizəni bir problem kimi görür. Türkiyə isə Aİ tərəfindən suriyalı qaçqınlara yardım ediləcəyinə dair verilən vədlərin yerinə yetirilməsini və Türklərə Avropada viza asanlığı sözünə əməl edilməsini istəyir. Türkiyənin qaçqınların Avropaya getmələri üçün sərhəd məntəqələrini açacağına dair xəbərdarlıq etməsi ilə Türkiyədən gündə 3 min qaçqının dəniz yolu ilə Yunanıstana keçməsinən söhbət gedir. Bu məsələ Türkiyə-Aİ əlaqələrində yeni bir dövrün başlanacağını göstərir.

 ABŞ, “Voice of America” (VOA): "NATO-dakı çevriliş tərəfdarları"

 NATO Avropa Müttəfiq Qüvvələr Komandanlığı Türkiyədə Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən alyansın Brüsseldəki qərargahında vəzifəli təxminən 150 Türk zabitin ya geri çağırıldığını ya da təqaüdə çıxarıldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr