Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

618961
Xarici Mətbuat

Qətər media orqanı Əl-Cəzirənin, “Avropa İttifaqı üçün ən riskli variant Türkiyəni itirmək olar” başlıqlı xəbərində: Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında son günlərdə yaşanan

gərginliklə əlaqədar bəyanatında Avropa İttifaqının verdiyi vədlərə sadiq qalmadığını daha bir dəfə xatırladıb. Bundan Türk hökuməti və xalqının narahat olduğunu qərb ölkələrinin idrak etmələrinin lazım gəldiyini vurğulayıb. Avropa İttifaqının Türkiyəni itirməsi, ittifaqın öz sərhədləri daxilində həbs olacağı mənasını verdiyini ifadə edən Numan Kurtulmuş Türkiyənin sərhəd qapılarını immiqrantlara açması nəticəsində qaçqınların Avropa ittifaqına üzv ölkələrə axışacağına diqqət çəkib. Bir neçə min Suriyalı gördüklərində əlləri ayaqlarına dolanan Avropalı siyasətçilər görəsən yüz minlərlə immiqrant ilə qarşılaşsalar nə edəcəklər? deyən Kurtulmuş , ittifaqın bunu yaxşı təhlil etməsinin lazım gəldiyini sözlərinə əlavə edib.

Voice of America (VOA)-nın “Türkiyə-Aİ əlaqələri dekabrda Brüsseldə müzakirə olunacaq” başlığı ilə çatdırdığı analizdə: “Avropa İttifaqı (Aİ) Türkiyə ilə tam hüquqlu üzvlük müzakirələrinə onsuz da ciddi yanaşmırdı. Lakin müzakirələri dayandırmaqda təhdid etməsi böyük səhv olar. Buna görə müzakirələrin davamı üçün yeni mexanizmlər tapmalıdır. Mart 2016-da Aİ və Türkiyə arasında qaçqınlar mövzusunda razılaşma əldə edildi. Sığınma statusu verilməyən qaçqınların Türkiyəyə geri göndərilməsini nəzərdə tutan razılaşma çərçivəsində Türkiyəyə maliyyə dəstək, tətbiq edilən viza rejiminin ləğv edilməsi və Aİ ilə üzvlük müzakirələrin sürətləndirilməsi haqda vəd verildi. Ancaq Aİ verdiyi bu sözləri yerinə yetirmədi. İttifaq liderləri 15-16 dekabrda Brüsseldə baş tutacaq zirvə yığıncağında bir araya gələrək Türkiyə ilə üzvlük müzakirələrini təhlil edəcəklər”.

Almaniyanın Bild qəzetində “Türkiyə sərhədləri açarsa nələr olar?” başlığı ilə əks edən məqalədə gedib: “Türkiyə, vətəndaş müharibəsinə görə ölkəsini tərk etmək məcburiyyətində qalan üç milyon qaçqının Avropaya keçid yolunu açsa Avropa sarsılar. Çünki Avropa belə bir problem qarşısında lazımlı tədbirləri həyata keçirməyib. Yunan adalarındakı qaçqın düşərgələri hələ də doludur. Əgər 2015-ci ildəki kimi qaçqın axını olsa bu düşərqələrdəki rəqəm bir iki həftə ərzində üç dəfə artar və problemə nəzarət daha çox çətin hal alar. Balkan güzergahında yerləşən bəzi ölkələr sərhədlərdə təhlükəsizlik tədbirlərini artırırlar. Avstriya bu məzmunda əsgərlərini Balkanlara göndərir. Avstriya xarici işlər naziri Sebastian Kurz, Avropa böyük təhdidlərlə üz-üzə gələcək addımlardan imtina etməsinin lazım gəldiyini ifadə edərkən, Polis həmkarlar ittifaqının Başçısı Rainer Wendt da yeni bir qaçqın axınının Almaniyanın daxili təhlükəsizliyinə ağır zərbə endirə biləcəyi nəzərindən müdafiə edir.

Rusiya Radio və xəbər agentliyi Sputnikin “AB ölkələri terroru dəstəkləsə də Türkiyə terror məhv edəcək” başlıqlı xəbərində : “Ədalət və İnkişaf Partiyası millət vəkili Məhmət Əli Şahin, Avstriya Parlamentinin Türkiyəyə silah sanksiyası ilə əlaqədar qəbul etdiyi qərardan tənqid edib. Belə bir sanksiyanın əsas üzvlük müzakirələri davam edən bir ölkəyə deyil, o ölkənin illərdir mübarizə etdiyi terror təşkilatlarına qarşı tətbiq etməsinin lazım gəldiyini vurğulayıb. Atılan bu addım Aİ-nın səmimiyyətsizliyinin göstəricisidir deyən Şahin, Türkiyənin Avstriyadan yalnız pilotsuz təyyarələrin mühərrikini satın aldığını, lakin bunu başqa ölkələrdən də təmin edə biləcəyini xatırladaraq silah embarqosu qərarının siyasi və terrora dəstək məqsədli olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr