Xarici Mətbuat

Gündəm xarici mətbuat vasitələrində:

616092
Xarici Mətbuat

RUSİYA, RİA NOVOSTİ: ƏRDOĞAN TSQ-nin MİNBİCƏ HÜCUM ETMƏ  NİYYƏTİNDƏ OLDUĞUNU BİLDİRDİ
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif Azad Suriya Ordusunun əl Bab şəhərini DEAŞ terror təşkilatından azad etdikdən sonra  Minbicə yönələcəyini bildirdi. Ərdoğan: "Əl Babdan sonra Minbicə gedəcəyik. Orada suriyalı kürdlərin terror təşkilatları var. Onlar şərqə getməlidirlər, bunu edəcəklərinə dair söz veriblər. Bir qisminin getdiyini deyirlər. Bu torpaqlar onların deyil, orada ərəblər yaşayır. Ərəblər yaşamağa davam etsin, Türkiyənin orada məskunlaşmağa niyyəti yoxdur" dedi. Ərdoğan  Türkiyənin təhlükəsizlik konsepsiyasının təhlükənin Türkiyənin qapısına qədər gəlməsini gözləmədən qarşısının alınması olduğunu qeyd etdi.

 

İRAN, IRNA: "ANKARADA MƏHKƏMƏ PYD LİDERİNİN YAXALANMASI BARƏDƏ QƏRAR VERDİ
 
Dünən Ankara Məhkəməsi  PKK-nın Avropadakı başçısı və Suriyadakı qolu PYD-nin lideri barəsində onun Ankarada əsgərləri daşıyan maşınlara  fevralın 17-də təşkil olunan intihar hücumu ilə əlaqəsi olması səbəbilə yaxalama qərarı çıkardı. Saleh Müslimlə yanaşı, Zübeyir Aydar, Rəmzi Qartal, Cəmil Bayık, Murad Qarayılan və Fehman Hüseyn barələrində yaxalanma qərarı çıxarılan şəxslərdir. Məhkəmə bütövlükdə 48 şəxs haqqında yaxalama qərarı çıxardı. Ankara hökuməti PYD və YPG-ni  terror təşkilatı PKK-nın bir qolu kimi tanıyır.

ALMANİYA, DPA: ƏRDOĞAN: "DÖVLƏT BU VƏTƏN XAİNLƏRİNDƏN TAM TƏMİZLƏNMƏYİB"
 
 Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən  hərəkatının tərəfdarlarına qarşı  mübarizəni davam etdirmək istəyir. Ərdoğan çərşənbə axşamı günü Ankaradakı polis akademiyasında keçirilən təhlükəsizlik konfransında: "Dövlətin bu vətən xainlərindən tam təmizlənmədiyini bilirik. Bu ölkəni  onlara verməyəcəyik, onların xalqımıza təzyiq göstərməsinə imkan verməyəcəyik. Lazım olanı edəcəyik" dedi. Ərdoğan xaricdən gələn tənqidlərə cavab olaraq heç kimin Türkiyənin daxili məsələlərinə qarışmaq haqqı olmadığını ifadə etdi. Ərdoğan: "Türkiyənin terrorla mübarizəsi son terrorçu təmizlənənə qədər davam edəcəkdir. Bu mübarizə fövqəladə vəziyyət bitdikdən sonra da davam edəcək" dedi.

 

 



Әlaqәli Xәbәrlәr