Xarici Mətbuat

Gündəm xarici media vasitələrində

613425
Xarici Mətbuat

ALMANİYA, DPA. ƏRDOĞAN: 'QƏRB TERROR TƏŞKİLATI DEAŞIN YANINDADIR'
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DEAŞ ilə mübarizədə Qərbə qarşı ağır ittihamlar səsləndirdi. Cümə günü İslamabadda Pakistan Parlamentində çıxış edən Ərdoğan: "Qərb hazırda DAEŞ-in yanındadır. Bunların əlindəki silahların Qərb qeydiyyatlı olduğunu aşkar etdik" deyərək və bunun İslam dünyasına qarşı edildiyini qeyd etdi. 

 

AVSTRİYA, KURİER. Aİ SƏDRİNİN MÜAVİNİ GÜLƏNİN DÖVLƏT ÇEVRİLİŞİ TƏŞƏBBÜSÜNƏ QOŞULDUĞUNU DÜŞÜNÜR
 
 Avropa İttifaqı Komissiyasının birinci vtse-prezidenti Frans Timmermans Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişi təşəbbüsünə (Fətullah) Gülən hərəkatının daxil olduğuna dair işarələr olduğu fikirindədir. Belçikanın Knack jurnalına müsahibə verən Timmermans bu istiqamətdəki açıqlamaları təsdiqlədi. Ancaq Timmermans Gülənin Türkiyəyə ekstradisiyası haqqında danışmaq etmək istəmədi. Jurnal Aİ Komissiyasının Amerika Birləşmiş Ştatlarında sürgündə yaşayan vaizin ekstradisiyasına qarşı çıxmayacağını bildirmişdi. Türkiyə əvvəldən Gülən və onun hərəkatının dövlət çevrilişi cəhdinə görə məsuliyyət daşıdığını bildirir ".

 

İRAN, FARS XƏBƏR AGENTLİYİ. SƏRBƏST TİCARƏT MÜQAVİLƏSİ 2017-Cİ İL BAŞA ÇATMADAN İMZALANSIN
 
 Pakistanın baş naziri Navaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi birgə mətbuat konfransında sərbəst ticarət müqaviləsinin 2017-ci il başa çatmadan imzalanmasını istədi.Ərdoğanı Pakistanda məmnuniyyətlə qarşılayan Navaz Şərif: "Bura Ərdoğanın ikinci evidir. Biz Türkiyədəki (15 iyul) çevriliş cəhdini şiddətlə pisləyirik. Demokratiyanın və seçilmiş iqtidarın yanındayıq" dedi. Şərif Türkiyə və Pakistan arasındakı sabit  əlaqələrin qarşılıqlı hörmətə əsaslandığını və bu prosesin davam edəcəyini bildirdi. Baş Nazir Şərif  Prezident Ərdoğanın Kəşmirə dair dəstəklərinə də toxunaraq təşəkkür etdi və bu məsələnin dinc bir şəkildə həll edilməsinin zəruriliyini  vurğuladı".

 



Әlaqәli Xәbәrlәr