Xarici Mətbuat

Gündəm xarici mətbuat vasitələrində:

603784
Xarici Mətbuat

FRANSA, AFP: TÜRKİYƏNİN PREZİDENTİ ƏRDOĞAN ALMANİYANI "TERRORİSTLƏRƏ SIĞINACAQ VERMƏKDƏ" GÜNAHLANDIRDI
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü verdiyi açıqlamada Almaniyanı "terroristlərə sığınacaq verməkdə" günahlandırdı və Ankaranın iyul ayındakı uğursuz dövlət çevrilişindən bu yana tələb etdiyi çevrilişçiləri Berlinin ekstradisiya etməyi rədd etdiyini ifadə etti.Ərdoğan Ankaradakı çıxışında: "Hazırda Almaniya terrorçuların məskunlaşması mövzusunda ən əhəmiyyətli ölkələrdən biridiri. Tarixdə terrorçuları qəbul edən bir ölkə olaraq qalacaqsınız" dedi. Ərdoğan Türkiyə rəsmilərinin Berlinə 4 mindən çox ekstradisiya tələbi göndərdiyini,  lakin müsbət cavab almadığını bildirdi".

ALMANİYA, DPA:  Aİ KOMİSSİYASI TÜRKİYƏ İLƏ BAĞLANAN  QAÇQIN MÜQAVİLƏSİNİN GƏLƏCƏYİ MÖVZUSUNDA ÜMİDLİDİR
 
 Avropa İttifaqı Komissiyası Türkiyənin Avropa İttifaqı ilə bağladığı qaçqın müqaviləsini ləğv etməyəcəyi ilə əlaqədar nikbin olduğunu açıqladı. Cümə günü Brüssel mərkəzində çıxış edən bir sözçü hər iki tərəfin müqaviləyə sadiq qalacağının təxmin edildiyini açıqladı. Sözçü müqavilənin qarşılıqlı inamla öhdəliklərin yerinə yetirilməsi ilə əsaslandırıldığını qeyd etdi. Aİ sözçüsü komissiyanın nikbinliyinin səbəbi ilə bağlı bir şey söyləmədi.

RUSİYA, RUSİYANIN SƏSİ RADİOSU: XARİCİ İŞLƏR  NAZİRİ MÖVLUD ÇAVUŞOĞLU "ROSSİYA-24" TELEKANALINA MÜSAHİBƏ VERDİ
 
 Xarici işlər Naziri Mövlud Çavuşoğlu Rossiya 24 telekanalına müsahibəsində əhəmiyyətli bəyanatlar verdi. Rusiya ilə Suriyada baş verən problemlərin həll olunması üçün danışıqların davam etdiyini vurğulayan Çavuşoğlu: "Bəzi məsələlərdə fikir ayrılığına malik olduğumuz doğrudur, ancaq fikir ayrılıqlarının yaşanması vəziyyətində üçlü mexanizmimiz dövrəyə girir" deyə danışdı. Nazir Çavuşoğlu üçlü mexanizmin ünsürlərinin diplomatlar, hərbçilər və xüsusi xidmət orqanları olduğunu qeyd etdi.Rusya ilə baş verən təyyarə böhranına də toxunan Çavuşoğlu rus təyyarəsinin vurulması nəticəsində həyatını itirən rus pilotu Oleq Peşkovun həyat yoldaşından şəxsən üzr istəmək fikrində olduğunu bildirdi. Xarici İşlər naziri Türkiyə hökumətinin təzminat ödəməyə hazır olduğunu da qeyd etdi ".

İSVEÇRƏ, 20 MİNUTES: TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏR HƏR ZAMAN OLDUĞUNDAN DAHA MÜHÜMDÜR
 
 Türkiyənin Xarici İşlər naziri İsveçrəyə səfər etdi. Xarici İşlər naziri Didier Burkhalter Türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə dialoqun və bir-birini dinləməyə hazır olmağın vacibliyini qeyd etdi. Burkhalter: "İsveçrə üçün Türkiyə ilə münasibətlər hər zaman olduğundan daha mühümdüt" ifadəsini işlətdi. Didier Burkhalter həmkarına 15 iyul dövlət çevrilişinə cəhd zamanı və terror hücumlarında həyatlarını itirənlərlə əlaqədar başsağlığı verdi. Türkiyə Xarici İşlər naziri də, İsveçrəyə dövlət çevrilişi cəhdindən sonra "anlayışlı" mövqeyinə görə təşəkkür etdi.

 



Әlaqәli Xәbәrlәr