Dünya mətbuatı

Gündəm xarici media vasitələrində

601938
Dünya mətbuatı

Almaniya, “DPA”: “Türkiyə İraq sərhəd məntəqəsinə tank göndərir”

Türkiyə İraqla olan sərhəd məntəqəsinə tank göndərdi. Dövlətin olan Anadolu xəbər agentliyi hərbi mənbələrə əsaslandırdığı xəbərində  noyabrın 1-də, paytaxt Ankaradan bir karvanın sərhədə 30 km məsafədə olan cənubşərqdəki Silopi istiqamətində yola düşdüyünü bildirdi. Müdafiə naziri Fikri İşık mövzu ilə əlaqəli olaraq dedi ki, Türkiyə hər ehtimal qarşısında əvvəldən hazırlıq görmək məcburiyətindədir. Hazırlıqların bir hissəsi isə gördüyümüz bu tədbirdir. Türkiyə öz torpaqlarında terrorla mübarizə edir, həmin zamanda sərhədin İraq tərəfində “önəmli proseslər” gedir.

Fransa, “AFP”: “ Türkiyənin baş naziri edam cəzasının “məhdud olaraq” bərpa ediləcəyindən danışdı”

Baş nazir Binəli Yıldırım noyabrın 1-də verdiyi açıqlamada bildirdi ki, müxalifətlə razılıq əldə ediləcəyi təqdirdə Türkiyə hökuməti edam cəzasının “məhdud” olaraq bərpa edilməsini təklif edə bilər. Baş nazir mövzu haqqında təfərruatlı məlumat vermədi və hər hansı tarixdən bəhs etmədi. Belə bir nizamlamanın konstitusiya ilə əlaqəli olduğunu vurğularaq, “Xalqın istəyini gözdən yayındıra bilmərik” deyə bildirdi. 15 iyuldakı uğursuz çevriliş cəhdindən bəridir qiyamçılar üçün edam cəzasının bərpasını istəyən kütləyə cavab verən Dövlət başçısı Ərdoğan keçən şənbə günü “yaxında, inşallah” deyərək açıqlama vermişdi.

ABŞ, “Turkishny”: “Türkiyə çox ciddi terror təhdidi ilə qarşı qarşıyadır”

Baş nazir müavini Mehmet Şimşək “Bloomberg HT” televiziya kanalında gündəmə dair suallara cavab verərək dedi ki, hal-hazırda Türkiyə çox ciddi terror təhdidi ilə qarşı-qarşıyadır. Bizimlə tərəfdaş olan ölkələrin də bunu yaxşı başa düşmələri lazımdır.  Şimşək, 15 iyul çevriliş cəhdindən sonra bu təşəbbüsün arxasında kimin olduğu və bununla əlaqəli hansı addımların atılıb atılmadığı barədə ABŞ-da hələ də zehinlərdə sualların olduğunu gördünüzmü sualına cavabən bildirdi ki, düzünü demək lazımdırsa arabir belə nəticələrə gəlmək mümkündür. Əslində Türkiyədə hüquq dövlətini, Türkiyə demokratiyasını yox etmək istiqamətində həyata keçirilə biləcək ən ciddi terror aktıdır. Bunu görmək lazımdır. Bu çevriliş cəhdinin arxasında bu təhrifedilmiş  dini hərəkatın olduğuna dair ağlımızda ən kiçik tərəddüd, sual yoxdur. Mən inanıram ki, amerikalılar bu məsələni yaxşı başa düşdükləri zaman güclü şəkildə Türkiyənin yanında olacaqlar.

Rusiya, “TASS”: “Dövlət Duması Türkiyənin Məclisi ilə “Dostluq qrupu” quracaq”

Rusiya Dövlət Duması Beynəlxalq Əlaqələr Komitəsi sədri Leonid Slutskiy noyabrın 1-də xəbər agentliyinə açıqlama verərək, Dumanın Türkiyə Məclisi ilə əməkdaşlığı inkişaf etdirmək və Türkiyə Cümhuriyyəti Parlamenti ilə millət vəkili "Təmas qrupu” qurmaq niyyətində olduğunu bildirdi. Slutskiy Türkiyə Parlamenti də daxil olmaqla dostluq qruplarının noyabr ayı başa çatmadan qurulacağını dedi.



Әlaqәli Xәbәrlәr