Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

578624
Xarici mәtbuat

 

Almaniya DW: ‘‘Johnsondan  Türkiyә ilә ticarәt sahәsindә müqavilә imzalana bilәcәyi  ilә bağlı açıqlama’’

 ‘‘Türkiyәyә sәfәr edәn İngiltәrәnin Xarici İşlәr naziri  Boris Conson Türkiyәnin  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә Baş naziri Binәli Yıldırı ilә görüşüb. Görüşdә Jonson  İngiltәrә ilә Türkiyә arasında ticarәt sahәsindә  müqavilәnin imzalana bilәcәyi  ilә bağlı açıqlama verib. Baş nazir Binәli Yıldırım B.Jonsonu Çankaya Köşkündә qәbul edib. B.Yıldırım görüşdәn sonra verdiyi açıqlamada, İngiltәrә hökumәtinin  Fәtullahçı Terror Tәşkilatının  (FETÖ) iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevriliş cәhdindәn sonra  nümayiş etdirdiklәri  güçlü  hәmrәyliyi alqışladığını  bildirib.

Rusiya, RİA novosti: ‘‘Medvedev ilә Türkiyәnin Baş naziri arasında telefon danışığı olub’’

Rusiya Federasiyası Hökumәtinin  mәtbuat xidmәti  Rusiya Baş naziri Dmitri Medvedevin  Türkiyәnin Baş naziri Binәli Yıldırım  ilә telefon әlaqәsi saxladığını bildirib. Hәmin mәnbә görüşdә  ‘‘Türk axını’’ tәbii qaz boru  kәmәri, Akkuyu  nünә stansiyası ilә yanaşı ticarәt vә iqtisadi sahәlәrdә әmәkdaşlıq mәsәlәlәrinin müzakirә olunduğunu bildirib.

Görüş zamanı B.Yıldırımın Rusiyalı hәmkarını Dövlәt Dumasına keçirilәn seçkilәrin uğurla  nәticәlәnmәsi vә ‘‘Vahid Rusiya Partiyası’’nın qalib gәlmәsi  ilә әlaqәdar  tәbrik etdiyi  bildirilib.

Azәrbaycan APA:" Azәrbaycanın prezidenti Türkiyә nazirlәrini qәbul edib’’

‘‘Azərbaycan prezidenti İlham Əliyev Türkiyə müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışılıb. Söhbət zamanı, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edilib, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırılıb, Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulanıb.

Qәtәr, Al Jazeera:" Türkiyәnin Oskar namizәdi bәlli oldu’’

Mustafa Karanın  çәkdiyi  ‘‘Kalandar Soğuğu’’ adlı filmi Türkiyәnin Oskar namizәdi  seçildi.

 Bәdii Tәdbirlәr Komissiyasının verdiyi mәlumata görә,  Mәdәniyyәt vә Turizm Nazirliyi ilә  kino  sahәsi  peşәkarlarından  ibarәt 17 nәfәrlik münsiflәr heyyәti Amerikada keçirilәcәk 89-cu  Oskar mükafatlarında Әn Yaxşı Film niminasiyasında mübarizә aparacaq Türk filmini  seçdi.



Әlaqәli Xәbәrlәr