Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

578018
Xarici Mətbuat

FRANSA, AFP: "BORIS JOHNSON BREXIT ZAMANI QƏTİ ŞƏKİLDƏ ƏLEYHİNƏ OLDUĞU TÜRKİYƏYƏ DAHA GÜZƏŞTLİ MÖVQE NÜMAYİŞ ETDİRDİ"


 İngiltərənin xarici işlər naziri Boris Johnsonun Brexit kampaniyasının əsas müddəalarından birini Türkiyənin Aİ üzvlüyünə qarşı olması təşkil edirdi. Bundan bir neçə ay sonra Johnson Ankaraya ilk səfərində Türkiyənin Aİ üzvlüyünə "dəstəyini" ifadə etti. Boris Johnson bazar ertəsi axşamı verdiyi açıqlamalarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaçqınlar mövzusundakı "səxavətin"dən bəhs etdikdən sonra:" Avropa Türkiyənin gələcəyimiz üçün nə qədər əhəmiyyətli olduğunu bilir. Sizi dəstəkləyəcəyimiz aşkardır. Türkiyənin həyati əhəmiyyətli rolunu dərk edirik" dedi. Bəşər Əsəd rejiminə qarşı olan Türkiyəyə vətəndaş müharibəsindən qaçan təxminən üç milyon insan sığınır.

 

ABŞ, AP: " Aİ TÜRKİYƏDƏKİ QAÇQINLAR ÜÇÜN BÖYÜK BİR YARDIM LAYİHƏSİNƏ BAŞLADI"
 
 Avropa İttifaqı bazar ertəsi günü Avropaya miqrant axınını dayandırmaq məqsədilə Türkiyə ilə bağlanan tarixi müqavilə çərçivəsində Türkiyədəki qorunmağa möhtac olan qaçqınlarla bağlı 348 milyon avroluq bir yardım layihəsinə başladı. Düşərgələrdə yaşamayan bir milyona qədər qaçqınlara qida, ev, təhsil və digər ehtiyaclarını ödəmələri üçün bankomat kardi veriləcək. Kartlar hər ay ailələrin böyüklüyünə və ehtiyaclarına görə doldurulacak. Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik mövzu ilə bağlı açıqlamasında:"Aİ-nin dəstəyini məmnuniyyətlə qarşılayırıq. Ancaq bu dəstəyin Türkiyəyə çatdırılması tərzi ilə bağlı bəzi tənqidi qeydlərimiz vardır. Bu yardımın qeyri-hökumət təşkilatları vasitəsilə çatdırılması prosesi ləngidir" dedi. Stilyanidis ilə keçirəcəyi mətbuat konfransı ərəfəsində danışan Çelik açıqlamasına davam edərək: "Bu yardımı Türkiyə üçün istəmirik. Bizim bu yardıma ehtiyacımız yoxdur. Bu yardımı məzlumlara daha yaxşı səhiyyə və təhsil xidməti göstərə bilmək üçün istəyirik" dedi.

 

ALMANİYA, DW: MERKEL: "Aİ -TÜRKİYƏ MÜQAVİLƏSİ NÜMUNƏ OLMALIDIR"
 
 Almaniya kansleri Angela Merkel Misir və Tunis ilə də Türkiyə ilə Aİ arasındakı qaçqın müqaviləsinə bənzəyən readmissiya müqaviləsinin imzalanmasını istədi. Alman Federal Turizm İqtisadiyyatı İttifaqının (BTW) Berlində keçirdiyi Turizm sammitində iştirak edən Merkel eyni zamanda,  Afrika ölkələrinə daha çox inkişaf yardımları olunmasını və miqrasiyanın əsas səbəbləri ilə mübarizə edilmənin vacibliyini vurğuladı.

 

İNGİLTƏRƏ, "REUTERS" : BAŞ NAZİR MÜAVİNLƏRİ ŞİMŞƏK VƏ KURTULMUŞUN İQTİSADİYYATLA BAĞLI AÇIQLAMALARI
 
 Baş nazir müavini Mehmet Şimşək  bazar ertəsi günü verdiyi açıqlamada Türkiyənin makroiqtisadi təməllərinin sağlam olduğunu və beynəlxalq kredit dərəcələndirmə agentliyi  "Moody's"'in  kredit reytinqini aşağı salmasına baxmayaraq sərmayəçilərdən xəzinə tenderlərinə güclü tələb gəldiyini bildirdi. Şimşək rəsmi "Twitter" hesabından verdiyi açıqlamada reytinqin gözləntilərdən aşağı olduğunu ifadə etti. Baş nazirin müavini Numan  Kurtulmuş isə bazar ertəsi günü verdiyi açıqlamada "Moody's"'in  Türkiyənin reytinqini  "zibil" səviyyəsinə endirməsindən sonra bazarda çox az bir çəkilmə olduğunu söylədi. Kurtulmuş məsələ ilə bağlı açıqlamalarını Ankarada Nazirlər Kabinetinin toplantısından sonra keçirilən mətbuat konfransında verərək "Moody's"'in addımının siyasi olduğunu ifadə etdi.

 



Әlaqәli Xәbәrlәr