Xarici mətbuat, 23.08.2016

Ernest: “Fətullah Gülənin qaytarılmasıyla bağlı ABŞ-la Türkiyə arasında 30 ildən çoxdur imzalanan müqavilə qüvvədədir və ABŞ bu razılaşmaya görə hərəkət edəcək", - deyib

557754
Xarici mətbuat, 23.08.2016

ABŞ, “Amerikanın səsi” radiosu, VOA: "Bayden Türkiyənin demokratik hökumətinə güclü dəstək verəcəyini açıqlayıb"

  Ağ Evin sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında ABŞ-ın prezident yardımçısı Co Baydenin sabah Ankaraya edəcəyi səfər zamanı Amerikanın Türkiyənin demokratik yolla seçilmiş hökumətinə güclü dəstək verəcəyini vurğulayıb. Ernest: “Fətullah Gülənin qaytarılmasıyla bağlı ABŞ-la Türkiyə arasında 30 ildən çoxdur imzalanan müqavilə qüvvədədir və ABŞ bu razılaşmaya görə hərəkət edəcək", - deyib.

Azərbaycan, “Trend” İnformasiya Agentliyi: "Merkel: “Türkiyə ilə əməkdaşlıq doğru yoldur”

  İtaliyanın Baş naziri Matteo Renzi, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland İngiltərənin Avropa İttifaqından ayrılma qərarı (Brexit), təhlükəsizlik tədbirləri, immiqrant böhranı və iqtisadi inkişaf məsələlərini müzakirə etmək üçün İtaliyanın ev sahibliyilə bir araya gəliblər. Merkel yığıncaqda immiqrant böhranına toxunaraq: "Sahil Təhlükəsizlik Xidməti təkbaşına dəniz sərhədlərinə nəzarət edə bilməz. Bununçün çox şey etməliyik. Türkiyə ilə immiqrantlarla bağlı iş birliyi doğru yoldur. Əks təqdirdə, insan qaçaqçılarına qarşı mübarizəni qazana bimərik", - deyib.

Qatar mərkəzli Əl-Cəzirə media qurumu: "Aİ Komissiyası Daxili İşlər komissarı Avramopoulus: “Türkiyə Aİ üçün açar ölkədir"

  Aİ Komissiyası Daxili İşlər komissarı Dimitris Avramopoulus bu həftə Aİ Komissiyası və Aİ Xarici Əlaqələr Xidməti mütəxəssislərinin sərbəst viza ilə bağlı danışıqların aparılması üçün Türkiyəyə gedəcəyini, özünün də ən yaxın zamanda bu ölkəyə səfər edəcəyini söyləyib. Türkiyə ilə Aİ arasındakı əlaqənin əhəmiyyətinə işarə edən Avramopoulus: "Türkiyə Aİ, biz də Türkiyə üçün açarıq. Bu əməkdaşlığın artırılması bütün əlaqələrə işıq tutur", - deyib.

İran, Fars Xəbər Agentliyi: "Sərhədlər terror təşkilatı DAEŞ-dən təmizlənməlidir"

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir mətbuat konfransında terror təşkilatı DAEŞ-lə mübarizədə: "Türkiyə DAEŞ ideologiyası ilə döyüşərək bu terror təşkilatına ən ağır zərbəni endirmək üzrədir. Türkiyənin sərhədləri DAEŞ təşkilatından təmizlənməlidir", - deyib. Fətullahçı terror təşkilatının dəstə başçısı Gülənin Amerika Birləşmiş Ştatlarından geri alınmasına da toxunan Çavuşoğlu bu məsələylə bağlı ölkənin Ədliyyə naziri Bəkir Bozdağla birlikdə yaxın günlərdə Vaşinqtona gedəcəklərini də açıqlayıb.



Әlaqәli Xәbәrlәr