Xarici mətbuat 13.07.2016

Gündəm xarici mətbuat vasitələrində

528410
Xarici mətbuat 13.07.2016

Rusiyanın "Sputnik xəbər portalı: “Türkiyə Avropa Parlamentinə narazılığını bildirib”

Avropa ölkələrinin birində keçirilən rəsm sərgisində PKK üzvlərinin fotoşəkillərinin də yer alması rəsmi Ankaranın narazılığına səbəb olub. Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı Avropa Parlamentinə məktub göndərib. Məktubda DAEŞ və PKK-nın terror təşkiları olduğu bir daha vurğulanır. Hər iki qruplaşma arasında seçim etməyin isə terrorizm qurbanlarının xatirəsinə hörmətsizlik kimi qəbul edilir. İkili standartların isə Avropa İttifaqının imicinə ciddi zədə vurduğu bir daha xatırladılır.

Almaniya nəşri DW: “Merkeldən “İncirlik” açıqlaması”

Almaniya kansleri Angela Merkel ölkə parlamentarilərinin “İncirlik” hava bazasında almaniyalı əsgərləri ziyarətinə Türkiyənin icazə verməməsiylə bağlı danışıb.

“Biz bir parlament ordusuyuq” deyən Almaniyanın baş naziri vurğulayıb ki, ölkənin Federal Məclis üzvlərinin xaricdə hərbi qulluqda olan əsgərlərini ziyarət etmək haqları var.

ABŞ-ın xəbər portalı Turkishny: “Axısqa türklərinə vətəndaşlıq veriləcək”

Daxili İşlər naziri Əfqan Alanın “Türkiyədə yaşayan axısqa türklərinə də vətəndaşlıq veriləcək” açıqlaması Ərzincana yerləşdirilən axısqa türklərinin böyük sevincinə səbəb olub.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən Ukraynadan gətirilərək Ərzincanın Üzümlü qəsəbəsində yerləşdirilən axisqa türkləri əllərində Türkiyə bayrağı ilə xəbərin sevincini yaşayıblar. İzdiham “Türkiyəm” mahnısı sədaları altında “Yaşasın Türkiyə” şüarı səsləndirib.

Yunanıstanın Fileleftheros qəzeti: “Ankara: Qahirə ilə əlaqələri şərti olaraq normallaşdıra bilər”

Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş bildirib ki, rəsmi Ankara Misirlə əlaqələrinin normallaşmasını arzu edir, lakin Misirdə mövcud rejim ölkədə həyata keçiridiyi “zərbə” mövqeyini nəzərdən keçirməlidir. Numan Kurtulmuş əlavə edib ki, Türkiyə və Misir xalqları arasında qardaşlıq dəyərləri var. Buna görə də əsla düşmən mövqeyində olmarıq. Biz yalnız Misirdə demokratiyanın bərpası prinsipini aparırırq. Sitatın sonu.



Әlaqәli Xәbәrlәr