Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

514428
Xarici mәtbuat

İran, FHA: ‘‘Baş nazir Yıldırım: Türkiye  Rusiya, Misir və İsrailə әbәdi  düşmən ola bilmәz’’

Türkiyenin Baş naziri Binali Yıldırım  Türkiyәnin  qonşuları ilә  heç vaxt daimi gərginlik yaşamaq  istəmədiyini bildirib. Yıldırım  son illərdə Türkiyə ilə Misir, İsrail və Rusiya arasındakı münasibətlərdə gәrginliklәrin   yaranmasına  baxmayaraq, Türkiyәnin  bu ölkәlәrlә  əbədi  olaraq düşmən qalmayacağını  qeyd edib.

Rusiya ilə diplomatik və iqtisadi əlaqələrin kəsilməsindən narahatlığını  dilə  gәtirәn   Yıldırım әvvәlki  günlərə qayıtmağın mümkün olduğunu ifadə edib. Yıldırım Türk diplomatlarının  İsrail ilə münasibətləri  bәrpa etmәk  üçün sәylәr göstәrdiyini  lakin Qəzzanın   mühasirəsinin aradan qaldırılmasın  Türkiyә üçün vacib mәsәlә olduğunu  vurğulayıb.

Azәrbaycan, TREND: "Türkiyə-İsrail münasibətlərində irәlilәyiş ’’

Haaretzin  xәbәrinә görә,  İsrailin  XİN  rəsmisi iki ölkə nümayəndələrinin iyunun 26-da  bir Avropa paytaxtında ‘‘yəqin ki, son dəfə" bir araya gələrək  danışıqlar aparacaqlarını açıkladı.

 Rәsmi  iki ölkə arasındakı danışıqlarda hələ də razılıq әldә olunmayan  yeganə məsələ  Həmasın İstanbuldakı hərbi nümayəndəliyinin bağlanması olduğunu qeyd edәrәk  bu məsələnin də gәlәcәk  həftə keçiriləcək toplantıda həll olunacağını  ehtimal  etdiklәrini bildirib.  XİN rәsmisi hәmçinin  yekun müqavilənin may ayında  başa çatmasını gözləndiklәrini  lakin  Davudoğlunun istefa verməsi səbəbindən son görüşün İyun ayınadәk   tәxirә salındığını qeyd etdi.

İngiltәrә, BBC:" Türkiyә   Misiri qınayıb’’

Misirin dövlәt çıvrilişi ilә vәzifәsindәn uzaqlaşdırılmış keçmiş prezidenti  Məhəmməd Mursinin casusluqla ittiham olunduğu mәhkәmәdә  qeyri-qanuni bir təşkilatın lideri olmaq cinayәtindәn  ömürlük həbs cəzasına məhkum edilməsini  Türkiyə qınayıb. Türkiyә XİN-dәn   verilәn yazılı açıqlamada  qәrarın Misirin sülh vә sabitliyinә  töhvә vermәyәcәyi qeyd olunub.

Açıklamada hәmçinin  belə deyilir: "Misirin demokratik yollarla seçilmiş və 2013-ci ildən etibarәn  həbsdə olan dövlәt başçısı  Mursinin ömürlük həbs cəzasına məhkum edilməsini dərin kədərlə qarşılayır və qınayırıq’’. Mursi  Qətərə sənəd  sızdırmaqla itham olunur.  Vәkili   AFP agentliyinə  verdiyi  açıqlamada  Mursinin casusluqda itham olmasına baxmayaraq  bәraәt qazandığını lakin  qeyri-qanuni bir təşkilatın lideri olmaq cinayətindən hәbs cәzasına mәhkum olduğunu   söylәdi.

ABŞ, Amerikanın sәsi radiosu: ‘‘Yunanistan minlərlə qaçqını Türkiyəyə göndərmək niyyәtindәdir’’

 Yunanistanın  Miqrasiya Naziri Avropa İttifaqı  ilə Ankara arasında әldә olunan  ‘‘Geri qəbul’’ müqaviləsi çərçivəsində qaçqınların Türkiyəyə  qayıdmasını artırmaq istədiklərini söyledi.

Rәsmilәr  adalarda 8 min 400  qaçqının olduğunu və demək olar ki hamısının qaçqın statusu üçün müraciәt etdiklәrini  bildirir. Yunanistan  müraciət etməyən 468 nəfəri Türkiyəyə göndərdiyini qeyd edir.

Sadәcә  iki Suriyalı qaçqın  qərara Yunan məhkəmələrində etiraz etti. Yunanıstanın  Miqrasiya naziri  Yannis Mouzales Yunanıstana  Egey dənizindәn  gələn qaçqınların  qaçqın statusu üçün müraciәt etmәdiklәri halda  bir neçə həftə ərzində Türkiyəyə göndərmək istədiklәrini  söyledi.

Nazir açıqlamasını  Parlamentin Qaçqın Müraciət Kabinetində qaçqınlarla bağlı   qәbul edilәn  dәyişikliklәrdәn  sonra  verib.



Әlaqәli Xәbәrlәr