Xarici Mətbuat

Gündən xarici media vasitələrində:

501922
Xarici Mətbuat

İNGİLTƏRƏ, REUTERS: "ƏRDOĞAN: ALMANİYANIN 1915-Cİ İL HADİSƏLƏRİ BARƏDƏ  QANUNU İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRƏ ZƏRƏR VERƏ BİLƏR"
 
Bu gün Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan  1915-cı il hadisələrinin qiymətləndirilməsi ilə əlaqədar Almaniyada qanun layihəsi təklifinin Ankara- Berlin əlaqələrinə zərər verəcəyini söylədi. Ərdoğan: "Almaniyanın bu yalanla aldadılmağı istədiyi təqdirdə diplomatik, ticari, siyasi və hərbi əlaqələrimizə(hər ikimiz də NATO üzvüyük) zərər dəyər".
 
 
ABŞ TÜRK-AMERİKAN XƏBƏR PORTALI TURKİSHNY:" Ərdoğanın  səfəri Afrika ilə Türkiyə arasındakı tərəfdaşlığı gücləndirəcək"
 
Prezident Rəcəb Tayyib Ərdoğanın Uqanda səfərini şərh edən Uqandanın Addis Əddis-Əbəbə səfiri və Afrika Birliyi ilə Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Komissiyası (UNECA) Daimi Nümayəndəsi Mull Sebujja Katende:" Ərdoğanın səfəri Türkiyənin Afrika ilə Türkiyə arasındakı tərəfdaşlığı möhkəmləndirilməsi və iki ölkə arasındakı köklü tarixi əlaqələrin inkişaf etdirilməsi yönündəki qətiyyətini göstərir" dedi. Uganda xalqı və hökumətinin bu səfəri Türkiyənin Uqandada artan investisiyalarının təmsil etdiyi işgüzar əməkdaşlıq münasibətlərinin inkişaf etdiyinin göstəricisi olaraq gördüyünü ifadə edən Sebujja Katende ölkəsinin Türkiyənin sərmayələrindən daha çox bəhrələnmək istədiyini  və daha çox Türk iş adamını cəlb etmək istədiyini qeyd etdi".
 

 AZƏRBAYCAN, YENİ MÜSAVAT QƏZETİ: "BİNALI İLDIRIMIN AZƏRBAYCAN SƏFƏRİNİN TARİXİ ƏHƏMİYYƏTİ"
 
 "Türkiyənin yeni Baş naziri Binalı Yıldırım iyunun 3-də Azərbaycana səfər edəcək. Yeni Baş nazirin ilk xarici səfərləri ənənəyə uyğun olaraq, ŞKTP-ə (KKTC) və Azərbaycana olacaq. Baş nazir səfəri çərçivəsində prezident İlham Əliyev ilə görüşəcək.

Ekspertlər hesab edirlər ki, B.Yıldırımın Bakı səfəri son aylarda gərginləşən Azərbaycan-Ermənistan münasibətlərinin fonunda Türkiyə ilə əlaqələrin yeni mərhələsidir. Bununla qardaş ölkənin Azərbaycanın yanında olduğunu bir daha dünyaya bəyan etdiyi qeyd olunur".

QƏTƏRİN ALJAZEERA : " Xarici siyasətdə  dəyişiklik zəruridir"
 

 Bəzi qəzet və televiziya nümayəndələri ilə səhər yeməyində bir araya gələn Türkiyənin Baş nazir müavini Numan Kurtulmuş Suriya, İraq, Rusiya, Aİ və İsraillə münasibətlərdə yeni addımlar atılacağı mesajını verdi. Kurtulmuş: "Çox sürətlə dəyişən xarici siyasət atmosferi vardır. Bir sıra dəyişikliklərin həyata keçirilməsi zəruri görünür. Dünya çox böyük bir münaqişə dövrünə girdi. Biz istəsək belə, hər problemi həll edə biləcək gücümüz və  imkanıməz  yoxdur. Ətrafımızdakı bu qarşıdurma sahələrini mümkün qədər azaltmalıyıq. Türkiyənin təəssüf ki, tərəf olduğu bir çox qarşıdurmanın ən azından Türkiyə tərəfinə aid sahənin azaldılmasını təmin etməliyik" deyə danışdı.

 



Әlaqәli Xәbәrlәr