Xarici mətbuat, 27.05.2016

Yaponiyadakı G 7 Zirvə Toplantısında dövlət və hökumət rəhbərləri parçalanmaqla qarşı-qarşıya qalan İraqa kömək etmək istəyir

498820
Xarici mətbuat, 27.05.2016

İtaliya, ANSA: "Aİ Türkiyədəki qaçqınlar üçün ödəmələri sürətləndirdi”

  Avropa İttifaqı Komissiyası Türkiyədəki qaçqınlar üçün mart ayı müqaviləsinə əsasən nəzərdə tutulan ödəmələri sürətləndirib və bu günə qədər təxminən 240 milyon avro həvalə edilib, 47 milyon avroluq hissə isə ödəniləcək. 47 milyon avronun 20 milyonu dənizdə axtarış və xilasetmə əməliyyatları üçün Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri, digər 27 milyonu isə qaçqınların məktəb məsələləri üçün ayrılıb.”

İran, xəbər agentliyi İRNA-nın internet saytı: "İranın Elm, Tədqiqat və Texnologiya naziri Məhəmməd Fərhadi türkiyəli nazir İsmət Yılmazla görüşdü"

  YÖK-ün sədri Yekta Saraçın dəvətilə Türkiyədə olan İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya naziri Məhəmməd Fərhadi ölkənin Milli Təhsil Naziri İsmət Yılmazla görüşüb. Milli Təhsil naziri vəzifəsinə təyin olunması münasibətilə İ.Yılmazı təbrik etdikdən sonra Fərhadi İranla Türkiyə arasındakı yaxınlığa diqqət çəkib, əlaqələrin daha da güclənməsi lazım olduğunu vurgulayıb və hər iki ölkənin elmi təhsil, araşdırma və texnologiya sahələrində irəlilədiklərini qeyd edib.

Qatar mərkəzli “Aljazeera” internet saytı: "Türkiyə Kuboku Qalatasarayın oldu"

  Qalatasaray Türkiyə Kubokunu üst-üstə üçüncü dəfə muzeyinə apardı. Matçın tək qolunu 31-ci dəqiqədə Almaniyanın futbol ulduzu Lukas Podolski atdı. 62-ci dəqiqədə   Fənərbaxçadan Ba topu başla vuraraq dirəkdən döndərə bildi. Galatasaray Türkiyə Kubokunu alaraq Avropa Liqasına getməyə haqq qazansa da, UEFA-dan cəza aldığı üçün bu il Avropaya gedə bilməyəcək və cəzasının tamamlanmasını gözləyəcək.

Almaniya, DPA: "G 7-dən İraqa terrorla mübarizə üçün 3 milyard avroluq yardım”

  Yeddi sənayeləşmiş ölkə (G 7) beynəlxalq terrorla mübarizəni gücləndirmək istəyir. Yaponiyadakı G 7 Zirvə Toplantısında dövlət və hökumət rəhbərləri parçalanmaqla qarşı-qarşıya qalan İraqın yeni inşa işlərinə kömək, eyni zamanda, terror təşkilatı DAEŞ-i yenmək üçün 3,2 milyard avroluq bir maliyyə dəstəyi verməklə bağlı razılığa gəliblər.  



Әlaqәli Xәbәrlәr