Xarici mǝtbuat

Gündəm xarici media vasitələrində

488581
Xarici mǝtbuat

İngiltǝrǝ Reuters: “Әrdoğan: Avropa terror qruplarının siyasi qanadları üçün etibarlı bölgǝdir”

 Türkiyənin Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü verdiyi açıqlamada Avropa ölkələrini terror qruplarının siyasi qanadları üçün təhlükəsiz bölgə olmaqla günahlandırdı və Avropanın Türkiyəyə terrorla mübarizə qanunlarını dəyişməsi mövzusunda dərs verməsinin "qara yumor" olduğunu dedi. Ərdoğan Ankarada verdiyi açıqlamada Avropa İttifaqının terror qruplarına dair öz qanunlarını dəyişdirməsinın lazım olduğunu və Avropanın vizasız səyahət sözünü ən gec oktyabr ayına qədər yerinə yetirməsinǝ ümid etdiyini dǝyib.

Rusiya, Sputnik: “ Xarici İşlǝr Nazirliyi BMT-nin ‘Cizrǝ’ çağırışını tǝnqid etdi”

Xarici İşlǝr Nazirliyinin sözçüsü Tanju Bilgiç BMT-nin İnsan Hüquqları ali komissarı Zeyd Raad ǝl Hüseyninin Türkiyǝnin cǝnub-şǝrqindǝ hǝyata keçirilǝn  ǝmǝliyyatlarla ǝlaqǝli açıqlamalarını tǝnqid edib.  Türkiyǝnin terrorla mübarizǝ apararkǝn bütün tǝdbirlǝri qanuni ǝsaslar çǝrçivǝsindǝ gördüyünü bildirǝn Bilgiç deyib ki, ali komissar Zeyd Raad ǝl Hüseyn tǝrǝfindǝn ölkǝmiz haqqında mayın 10-da yayılan vǝ güclü şǝkildǝ tǝrǝf saxladığı bǝlli olan açıqlamaları tǝǝssürlǝ qarşılanmışdır. PKK, DEAŞ vǝ DHKP-C kimi terror tǝşkilatlarının qanlı hücumları ilǝ eyni anda mübarizǝ aparan ölkǝmiz Cǝnub-şǝrqi Anadolu bölgǝmizdǝki vǝtǝndaşlarının ən əsas hüququ olan həyat hüquqlarının qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə apardığı terrorla mübarizə əməliyyatlarında azadlıq-təhlükəsizlik tarazlığının təmin olunması üçün lazım olan qayğını göstərir və bütün tədbirlər qanun çərçivəsində görülür.

İran, İRNA xǝbǝr agentliyi: “İran vǝ Türkiyǝ gömrük sahǝsindǝ ǝmǝkdaşlığa dair saziş imzaladı”

İran vǝ Türkiyǝnin gömrük idarǝlǝrinin sǝdrlǝri iki ölkǝ arasında ticarǝtǝ dair ǝsasların sadǝlǝşdirilmǝsi vǝ ikitǝrǝfli iqtisadi münasibǝtlǝrin güclǝndirilmǝsi mǝqsǝdi ilǝ ǝmǝkdaşlığa dair saziş imzaladılar.

Gömrük sǝdrlǝri Mǝsud Kǝrbasiyan vǝ Cinap Aşçı keçirdiklǝri görüşdǝ iki ölkǝ arasında ticarǝtin asanlaşdırılması vǝ iqtisadi münasibǝtlǝrin inkişaf etdirilmǝsinin qarşısındakı gömrük problemlǝrilǝ ǝlaqǝli olaraq 25 mövzu vǝ bununla bağlı hǝll yollarından danışıblar. Sonra isǝ razılıq ǝldǝ edǝrǝk mövzuya dair saziş imzalayıblar. İmzalanan saziş bu ilin iyun ayında qüvvǝyǝ minǝcǝk.

Türk-Amerika veb saytı, Turkishny: “Los-Anceles Filarmoniyadan Türkiyə üçün xüsusi tǝdbir”

 Dünya şöhrǝtli Los-Anceles Filarmoniya orkestri beynəlxalq komitəsi Los-Ancelesda “A Night of Turkish Delight” Türk lokumu (rahǝtülhülqum) gecəsi adı ilə görkəmli bir tǝdbir təşkil etdi. 67 ildir keçirilən bu xüsusi tǝdbirǝ Türkiyə 30 il fasilǝdǝn sonra ikinci dəfə ev sahibliyi edib. Aylardır hazırlıq fǝaliyyǝlǝri davam edǝn tǝdbirǝ 15 Türk sǝnǝtçi qatılıb. Türkiyǝ Cümhuriyyǝtinin Baş konsulu Gülru Gǝzǝrin dǝ iştirakı ilə gerçəkləşən tǝdbir musiqiçi Burak Beşir və fotoqraf Mert Türkoğlunun xüsusi olaraq hazırladığı Türkiyǝni tanış edǝn video çarxla başlayıb. Türk ləzzətləri ilǝ mədəniyyətimiz, incəsənətimiz və sǝnǝtçilarimiz tanıdılıb. Bu təntənəli gecəyə hǝmçinin 15 ölkǝnin baş konsulları vǝ diplomatları da qatılıb.



Әlaqәli Xәbәrlәr