Xarici Mətbuat

Gündəm xarici media vasitələrində

487844
Xarici Mətbuat

İNGİLTƏRƏ, AP. ƏRDOĞANIN VƏKİLİ: "TÜRK PREZİDENTİ ALMAN MEDİA BOSUNU SUSDURMAQ İSTƏYİR"
 
 Türkiyə Prezidentinin vəkili bazar ertəsi günü satirik bir şeirin yaratdığı gərginliklə əlaqədar Almaniyanın ən böyük yayım orqanlarından birinin - Axel Springerin rəhbəri Mathias Doepfnerə qarşı tədbir görülməsi tələbi ilə məhkəməyə müraciət etdiyini söylədi. Mathias Doepfner Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında nəzakətsiz bir şeir yazan alman satiristinə dəstəyini ifadə etmişdi".
 
 ALMANİYA, DEUTSCHE WELLE: "HƏLƏBDƏKİ ATƏŞKƏS UZADILDI" 
 
 Hələbdəki atəşkəsin bitməsinə qısa müddət qaldığı zaman Suriya rejimi bu müddətin iki gün də uzadıldığını bildirdi. Şiddətli toqquşmalara səhnə olan Hələbdəki məhdud atəşkəs bir həftə əvvəl başlamış və daha əvvəl də bir dəfə uzadılmışdı. Ölkə miqyasında elan edilən atəşkəsin davamlı pozulması ilə Amerika Birləşmiş Ştatları və Rusiya Hələbdəki atəşkəsin uzadılması barədə qərar vermişdilər. Beş il davam edən Suriya vətəndaş müharibəsinin ən önəmli nöqtələrindən biri olan Hələbin bəzi hissələrinə rejim qüvvələri, bəzi hissələrinə isə qiyamçı qruplar nəzarət edir".
 
 FRANSA, AFP: "ƏRDOĞAN VİZA SƏRBƏSTLİYİNİN ÜZVLÜK PROSESİNİ SÜRƏTLƏNDİRƏCƏYİNƏ ÜMİD EDİR"
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü verdiyi açıqlamada Schengen Bölgəsinə getmək istəyən vətəndaşları üçün Türkiyə tərəfindən tələb edilən viza sərbəstliyinin Avropa İttifaqına üzvlük  prosesini sürətləndirəcəyinə ümid etdiyini bildirdi. Prezident Ərdoğan açıqlamasında: "Viza sərbəstliyinin öhdəliklərin yerinə yetirilməsi yolunda müsbət bir mərhələ təşkil edəcəyinə və Türkiyənin strateji hədəf olan Aİ-yə üzvlük prosesini sürətləndirəcəyinə ümid edirəm" dedi.
 
 RUSİYA BEYNƏLXALQ iNFORMASİYA AGENTLİYİ "SPUTNİK": "TRUMP "MÜSƏLMAN QADAĞASI"NA İSTİSNA GƏTİRDİ"
 
 Fransanın paytaxtı Parisdə 2015-ci ilin noyabrında təşkil olunan hücumlardan sonra müsəlmanların Amerika Birləşmiş Ştatlarına buraxılmamasını təklif edən və prezident olacağı təqdirdə bunu həyata keçirəcəyini deyən, ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün çalışan Donald Trump İngiltərənin paytaxtı Londonun ilk müsəlman meri olan Sadiq Khanın istisna olaraq görülə biləcəyini və onun ABŞ-a girişinə icazə verilə biləcəyinin dedi. Trump Khan üçün qaydaları pozmanın səbəbini isə Khanın keyfiyyətli iş nümayiş etdirməsi halında nümunə ola biləcəyini qeyd edib".



Әlaqәli Xәbәrlәr