Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

487166
Xarici mәtbuat

 

İngiltərə,  BBC World News TV: "Aİ səfiri Selim Yenel ilə müsahibə"

 Selim Yenel  Aİ-nin viza sərbəstliyi barədə vədlərini yerinə yetirməməsi tәqdirindә  Türkiyənin miqrant axınını dayandırmayacağı istiqamətindəki iddiaların əsassız olduğunu deyib.

Yenel:  "Türkiyə olaraq viza sərbəstliyi məsələsində Aİ-nin şərtlərini yerinə yetirdiyimiz halda bəzi ölkələrin və ya Avropa Parlamentinin prosesi səbəbsiz yerə dayandırması  ilә  qarşı-qarşıya  qalsaq   biz də geri qəbul müqaviləsini başa çatdıracağımızı  bildirdik’’ deyә qeyd edib.

Türkiyənin təşəbbüsləri  sayәsindә  Avropaya mühacir axınının dayandığını bildirən Yenel: " Miqrant  axınını  dayandırdıq. Ümid edirəm ki, Avropa da öz üzərinə düşən öhdәliklәri  yerinə yetirәr’’ deyib.

Fransa, AFP İnformasiya Agentliyi: "İstanbulda keçirilәcәk  Dünya İnsanı Sammitində 80 ölkə iştirak edəcək"

 BMT-nin humanitar əməliyyatlar koordinatoru Stefan O'Brian  getdikcə  artan  böhranlara qarşı daha təsirli üsullar tapmaq məqsədilə  23-24 may tarixlәrindә  İstanbulda keçiriləcək ilk Dünya İnsanı Sammitindә  azı  80 ölkənin iştirak edəcəyini bildirib.

Stefan O'Brian   iştirakçı sayının təşviq edici olduğunu bildirib. Son mәlumata görә  sammitdə 45 ölkə  dövlət  başçıları tәrәfindәn tәmsil olunacaq.  Sammitdə  qeyri-hökumət təşkilatları və özəl sektordan da  altı min nümayəndənin iştirak etmәsi  gözlənilir.

Qətər, Al-Jazeera internet saytı: "Qeyri-adi müəllimlər"

 Türkiyənin müxtəlif rayonlarında işləyən 14 tәbiәt elmlәri  müəllimi  özlәrinә mәxsusu üsullarla  dərs  keçir.  Mahnı, rəqs, tamaşa və müxtəlif  təcrübələr dәrslәrin  bir parçasıdır. Müәllimlәr  bu üsulla  şagirdlәrini parkda  yellәncәyә mindirәrәk linglәri izah edirlәr, mahnı ilә  rәqs etdirәrәk hüceyrәnin  bölünmәsini öyrәdirlәr. Qeydri-adi müәllimlәr  inkişaf etdirdiklәri  üsulları  könüllü olaraq tәşkil etdiklәri  konfranslarla  müәllimlәr  ilә dә bölüşürlәr.

ABŞ, Turkish American News Xəbər Portalı: "Halil  Kayıqçı kosmosa yollanacaq  ilk Türk olacaq"

 Türkiyədən beynəlxalq bir müsabiqədə iştirak edən və ən yüksək xalı toplayan  Halil Kayıkçı  kosmosu görən ilk Türk olmaq üçün gün sayır. Kayıkçı  İstanbul  Texniki Universitetinin  Kosmos Mühəndisliyi fakültəsinin son kurs tələbəsidir. ABŞ-da 1 həftə astronavt təhsili aldığını deyən Kayıkçı  2017-ci ildə kosmosa yollanacaq.



Әlaqәli Xәbәrlәr