Xarici mətbuat, 06.05.2016

"Bütün yeniliklərə, inkişafa, texnoloji sahədə uğurlara baxmayaraq, təəssüf ki, dünya ədalətli və dinc bir yer olmadı ki, olmadı", R.T.Ərdoğan

485445
Xarici mətbuat, 06.05.2016

Azərbaycan, “Trend” İnformasiya Agentliyi: "Ərdoğandan qlobal səviyyədə ədalət vurğusu"

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulun Dolmabağça Sarayında Beynəlxalq Yüksək İnzibati Məhkəmə Orqanları Birliyi Konqresinin Qala yeməyində etdiyi çıxışında deyib: "İndiki vaxtda qlobal səviyyədə ən çox ehtiyacımız olan, ən çox sıxıntı çəkdiyimiz problem ədalətdir. Əlbəttə, son bir əsrdə hər sahədə böyük irəliləyişlər əldə edildiyini görürük, amma bütün yeniliklərə, inkişafa, texnoloji sahədə uğurlara baxmayaraq, təəssüf ki, dünya ədalətli və dinc bir yer olmadı ki, olmadı".

İngiltərə, BBC (türkcə): "Birləşmiş Millətlər Təşkilatı: Suriyada qaçqın düşərgəsinə hücum döyüş cinayəti sayıla bilər"

  Birləşmiş Millətlər Təşkilatı səlahiyyətlilərindən biri Stefen Obrien Suriyada Türkiyə sərhədi yaxınlığındakı Kamuna qaçqın düşərgəsinə təşkil edilən, ən az 30 adamın ölümüylə nəticələnən hava hücumunun döyüş cinayəti sırasına girə biləcəyini söyləyib. Obrien İdlib vilayətindəki Sarmada qəsəbəsi yaxınlığındakı düşərgəyə təşkil edilən hücumun istintaqa cəlb edilməsini istəyib. Amerika Birləşmiş Ştatları rəhbərliyi də Kamuna düşərgəsinə təşkil edilən hava hücumunu qınayıb. Yerli xalq isə hücuma görə Suriya rəhbərliyindən şikayətlənir. Məlumata görə, paytaxt Dəməşqin son həftələr bölgədə müxalifəti hədəfə alan hücumlarına Rusiya döyüş təyyarələri də qatılır. Ancaq bu iddia tam təsdiqlənməyib. İngiltərə Xarici İşlər naziri Filip Hammond isə Suriya prezidenti Bəşər Əsədi ölkədə atəşkəsə riayət etməməkdə təqsirli bilib.

ABŞ, “Amerikanın səsi” (VOA) radiosu: "Rubionun Ankara səfəri"

  Suriya ilə bağlı qəribə proseslərin yaşandığı bir zamanda ABŞ Senatının Kəşfiyyat Komissiyası və Xarici Əlaqələr Komissiyasının üzvü Marko Rubio Ankaraya gedib. Rubio Türkiyənin paytaxtı Ankarada ölkənin Xarici İşlər naziri Mevlüt Çavuşoğluyla görüşüb. Görüşdə Suriya, İraq və Rusiya başda olmaqla regional proseslər və DEAŞ-la mübarizə ilə bağlı fikir mübadiləsi aparılıb.

Almaniya, “Deutsche Welle” (türkcə): "Trampa “Rolling Stones” qadağası

  Əfsanəvi rok qrupu “The Rolling Stones” "You Can Not Always Get What You Want" (“İstədiyini hər zaman ala bilməzsən”) mahnısının ABŞ-da Respublikaçılar Partiyasından namizəd Donald Trampun seçki kampaniyalarında istifadə edilməsinə icazə verməyib. Dünyaşöhrətli rok ulduzları: “Mahnılarımızın Tramp tərəfindən istifadəsinə icazə vermirik və bundan sonra da bizdən musiqi istəməsinlər”, deyib. Milyarder Tramp seçki kampaniyalarında “Rolling Stones” klassiklərindən "You Can Not Always Get What You Want" mahnısından istifadə etməyə çalışırdı. Amma əldə etdiyi səs çoxluğuna və eyni partiyadan olan digər siyasi rəqibini geridə qoymasına baxmayaraq Donald Trumpa “Rolling Stones”dən başqa digər musiqiçilər də məsafə qoyub.



Әlaqәli Xәbәrlәr