Xarici Mǝtbuat

Xarici mǝtbuat vǝ veriliş orqanlarında Türkiyǝ ilǝ ǝlaqǝdar gündǝmdǝki mövzulara toxunulub

484768
Xarici Mǝtbuat

İRİB İran Turkısh Radio-nun “Ərdoğandan terror təşkilatı DEAŞ-a  xǝbǝrdarlıq”  başlıqlı  şǝrhindǝ vurğulanıb ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sərhəddǝ yerlǝşǝn Kilis şǝhǝrinǝ istiqamətli raket hücumlarının davamı mövzusunda terror təşkilatı DEAŞ-ı xəbərdarlıq edib. Kilis-ǝ istiqamətli hücumlar davam edǝrsǝ  buna  cavabın ağır olacağını qeyd edib. Türkiyə ordusunun, Suriya-Türkiyə sərhədlərini terror təşkilatı DEAŞ-dan təmizləmə fǝaliyyitlirinin  davam  edǝciyini  deyib.

Amerikanın Səsi VOA-nın  “Aİ viza  rejiminin  lǝğv  edilmǝsini   tövsiyǝ  etdi”  başlıqlı   şǝrhindǝ  bildirilib: Türkiyənin illǝrdir Avropa İttifaqından atmasını   gözlǝdiyi  addımlar  arasında   viza rejiminin  lǝğvi  mövzusunda  Brüssel ilk  tǝşǝbbüsü  etdi. Avropa İttifaqı  Komissiyası, Türkiyǝnin viza  rejiminin  lǝğv  edilmǝsi  üçün  ǝmǝl  etmǝsi  istǝnilǝn 72 şǝrtdǝn 67-ni tamamladığı  qǝrarına  gǝlib  vǝ  buna  qarşı   Türk vətəndaşlarının Şengen Bölgəsinə   vizasız  sǝyahǝtlǝrinǝ  imkan verilmǝsini   mǝslǝhǝt görüb.   İstǝnilǝn  5   şǝrtin dǝ təcili olaraq yerinə yetirilməsini istəyib. Türkiyə bu əskikləri uzaqbaşı iyunda  tamamlamalıdır. Komissiyanın  tövsiyǝ  qǝrarı  Avropa Parlamenti və Avropa  İttifaqı Şurası  tǝrǝfindǝn  tǝstiqlǝnmǝlidir.

Almaniyanın, Deutsche Welle Türkçe internet səhifəsindǝ yerlǝşdirilmiş “Türkiyədən Aİ-nin qərarına müsbət reaksiya”, başlıqlı mǝqalǝdǝ: “Aİ Komissiyasının   Türkiyǝ  vǝtǝndaşlarına viza reviminin  lǝğv  edilmǝsinǝ  dair  tövsiyǝ   qǝrarı, Türk səlahiyyətlilər tǝrǝfindǝn yüksǝk  qiymǝtlindirilib. Xarici işlər naziri Mevlüt Çavuşoğlu,  vizanın  lǝğv  edilmǝsinin,  Türk vətəndaşlarının  haqqı olduğunu  ifadǝ  edǝrǝk, ǝsas hǝdǝf  Aİ-na tam üzvlükdür. Aİ-dan eyni səmimiyyəti gözləyirik. Bir-birimizə yalnız böhran zamanında ehtiyac duymaq  olmaz. Hesabatın şurada təsdiqlǝnmǝsi böyük bir çıxış  olacaq. Bu addımlar xalqımızın Aİ-na dəstəyinin  güclǝnmǝsindǝ   tǝsirli  olacaq”.

KIRIM QHA: “Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiya çərçivəsində Türk məhsullarının idxalatını qadağan etməsinə baxmayaraq Rusiyanın  işğalı  altındakı  Krıma Türk məhsulları idxalı davam edir. Rusiya Federal Bitki Qoruma və Karantin  Tǝşkilatının  mətbuat xidmətindən   verilǝn  bǝyanatda 2016-ci ilin aprel ayında  Türkiyǝdǝn  Krıma 24,6 ton meyvə idxal edilib”  deyǝ vurğulanıb.  



Әlaqәli Xәbәrlәr