Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

483358
Xarici mәtbuat

 

İngiltәrә,  Reuters: " Türkiyә yanvar ayından etibarәn  85 hücumun qarşısının alındığını açıqladı’’

‘‘Türkiyәnin Baş nazirinin müavini vә hökumәt   nümayәndәsi  Numan Kurtulmuş  bu  il Türkiyәdә   hәyata keçirilәn  altıncı  intihar hücumundan  bir gün sonra  verdiyi açıqlamada  yanvar ayından etibarәn çoxu intiharcı kamikatze  olmaqla  85  әhәmiyyatli hadisәnin  qarşısının alındığını deyib. Türkiyәnin Qaziantep şәhәrindә  bazar günü  bomba yüklü  bir avtomobil  ilә  hәyata keçirilәn  intihar hücumunda  iki polis әmәkdaşı  hәyatını itirib 22 nәfәrsә yaralanmışdı’’

Rusiya, Rusiyanın səsi radiosu:  ‘‘Türkiyə   ilә  Avropa İttifaqı  arasında  viza sərbəstliyinin  təmin olunması istiqamətində həlledici  qәrar  mayın 4-dә açıqlanacaq.  Aİ  Komissiyası  bir hesabatla   Ankaranın tələbləri yerinə yetirib yetirmədiyini açıklayacak. Reutersın Aİ mənbələrinə istinadәn  verdiyi xәbәrә әsasәn   Avropa Komissiyası  Türkiyənin lazımi tələbləri yerinə yetirdiyini söyləyərək Aİ hökumətləri ilə Avropa Parlamentindən  viza serbestliyi ilә әlaqәdar  qanunu  iyun ayının sonuna qədər  qəbul etmәlәrini  istəyəcək".

 KRIM, QHA:‘‘Türk Hava Qüvvələri İngiltərədə təlimdә iştirak edib’’

‘‘Türk  Hava Qüvvələri Komandanlığı adına  181-ci  Pars  Donanma Komandanlığı  Joint Warrior-2016 təlimindә iştirak edib.

bagimsizhavacilar.com saytının verdiyi mәlumata görә, İngiltərənin Lossiemouth hava bazasında keçirilən Joint Warrior-2016 təlimində Türkiyə, İngiltərə, Fransa, Almaniya, ABŞ, Kanada və Norveç Silahlı Qüvvələri   iştirak ediblәr.

Tәlimdә  Türk Hava  Qüvvәlәri  adına 181-ci Donanma Komandanlığına bağlı F-16C/D təyyarələri ilə iştirak edib.  

Türk Hava Qüvvələri Komandanlığının  verilən məlumata görə, təlim çәrçivәsindә  müxtəlif təyyarə tipləri ilə  müqabil hava hərəkatı , yaxın hava dəstəyi və müqabil hava müdafiəsi vəzifələrinә istiqamәtli  taktikalar  hәyata keçirilib.

 Amerikanın   sәsi  VOA:"Suriyalı rәssam ümidlәrini   kәtana köçürdüb’’

Suriyada  baş verәn  vətəndaş müharibəsindən sonra ölkəsini, yaxınlarını arxasında  qoyaraq başqa ölkələrə köç etmək məcburiyyətində qalan; hər şeyə rəğmən, xatirərini, xəyallarını və heç itirmədiyi ümidlərini sənətinə əks etdirməyə çalışan suriyalı rəssam Mohammad Zaza  bu günlərdə İstanbulda açdığı "Dünya mavidir bir portağal kimi" adlı  sərgisinin həyəcanını bölüşür.  İnqilabın   insanların  çox xәyallarını  әlindәn  aldığını  ancaq  buna baxmayaraq  bəzi müsbət nəticələr  doğurduğunu qeyd edәn  Zaza: "İnqilab bizdən evlərimizi almış olsa belə bizə dünyanı  kəşf etmə imkanı verdi " .



Әlaqәli Xәbәrlәr