Xarici mətbuat

Dünya mətbuatında Türkiyə

482438
Xarici mətbuat

İngiltərə, BBC World News TV: "Avropaya qanunsuz yollarla getməyə cəhd göstərən miqrantların sayında azalma müşahidə edilib."

Türkiyənin Baş naziri Əhməd Davudoğlu mövzu ilə əlaqədar bildirib ki, Avropaya qeyri-qanuni yollarla gedən miqrantların sayı 4 apreldən sonra azalmağa başlayıb. Hətta 10 apreldə bir miqrant belə Əgə adalarına keçməyə təşəbbüs etməyib. Hal-hazırda aprel ayında Avropaya keçən miqrant sayı 80-90 nəfərdir. 6800-dən 80-90-na düşən miqrant sayı, Avropa İttifaqı ilə əməkdaşlığımızın uğurla getdiyinin nəticəsidir. 

Azərbaycan Trend xəbər agentliyi: "Türk Silahlı Qüvvələri: Suriyadakı DAEŞ hədəflərinin vurulması nəticəsində 60 terrorçu məhv edilib"

Türk Silahlı Qüvvələri DEAŞ-ə qarşı davam edən hərbi əməliyyatlarla bağlı açıqlama verib. Suriyadakı DEAŞ hədəflərinə qarşı həyata keçirilən hərbi əməliyyatlar habelə koalisiya qüvvələrinin də keçirdiyi əməliyyatların nəticəsində 63 terrorçunun zərərsizləşdirildiyi bildirib. Türk Silahlı Qüvvələri dünən həyata keçirdiyi hərbi əməliyyatda, Suriyanın Tuğhalı bölgəsindəki DEAŞ mövqelərinə "Fırtına Obus" silah və raket sistemləri ilə açılan atəş zamanı 34 terrorçunun məhv edildiyini bildirib. Əməliyyatda terrorçulara aid 5 silah mərkəzi və hərbi maşın koordinatlarının dəqiq yeri təyin edilib. Koalisiya hərəkət mərkəzinin göstərişi ilə İncirlikdən təyin edilmiş fasilələr ilə qalxan 4 ədəd MQ-1 modeli silahlı insansız hava aparatı(İHA), təyin edilən hədəflərə atəş açaraq həmin mərkəzləri darmadağın edib.

Türk-Amerika veb portalı, TURKİSHNY: Xarici İşlər naziri Çavuşoğlu, Kerry ilə Suriya məsələsini müzakirə edib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu , ABŞ Dövlət katibi Naziri Con Kerry ilə telefonla danışıb. Diplomatik mərkəzlərdən əldə edilən məlumata əsasən, nazir Çavuşoğlu bu axşam həmkarı ilə telefon danışığı aparıb. Danışıqda Suriyada son günlərdə baş verən hadisələr və xüsusilə Həlebdə dinc sakinlərə qarşı edilən hücumlar müzakirə edilib. 

İran xəbər agentliyi İRNA, Vaizi: İran və Türkiyə arasındakı ticarət həcmi 100 milyard dollara çata bilər

İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi İran və Türkiyənin illik ticarət həcminin mövcud şərtlər nəzərə alındığı zaman illik 100 milyard dollaradək artırma imkanının olduğunu qeyd edib. İstanbul Ticarət Palatasının rəhbəri Ərdal Bahçivan və heyətini qəbul edən Vaizi iki ölkə dövlət başşçılarının təyin təyin etdiyi illik 30 milyard dollar ticarət həcminə çatdıqlarını qeyd edərək bildirib ki, iki ölkənin mövcud şərtlərinə görə ticarət həcmi bir neçə qatadək artıra bilər. Ankarada keçən ay təşkil olunan müqavilələri xatırladan Vaizi müzakirələrdə bank sahəsindəki problemlərin həlli ilə bağlı işlər gördüklərini bildirərək qeyd edib ki, Türk bankları qərb banklarının təsirində qalıb və bizim istəyimiz Türkiyənin bu təsirdən çıxaraq İranla sərbəst işlər görməsidir.



Әlaqәli Xәbәrlәr