Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

480862
Xarici Mətbuat

ABŞ TURKİSHNY XƏBƏR PORTALI: “Öz etibarını itirən bir millətin yeni tarix yazması mümkün deyil”

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türk-Ərəb Ali Təhsil Konqresinin Yekun Sessiyası və yemək ziyafətində son iki əsrdəki geriləmənin həll edilməməsinin əsas səbəbinin, elm və informasiya mərkəzlərinin yer və əl dəyişdirməsi olduğunu söylədi. Prezident Ərdoğan: "Bunu heç vaxt unutmayacağıq. Dağıdılan yenidən qurulur, itirilənin yerinə yenisi qoyulur, ancaq öz etibarını itirən bir millətin yeni tarix yazması mümkün deyil" dedi. İslam dünyasının düçar olduğu çətinliklərdən birinin də məzhəbçilik olduğuna işarə edən Ərdoğan:"İslama zərər verməyə heç kimin haqqı yoxdur, istər sünni olsun istərsə də şiə. Biz belə bir ayrıseçkilik edə bilmərik" deyə danışdı.

 

 ANSAMED, İTALİYA: "Türkiyə terror təşkilatı PYD-nin İsveçdə büro açmasına qarşı çıxdı”

Türkiyə terrorçu bir təşkilat kimi qəbul etdiyi PYD-nin aprelin 17-də Stokholmda nümayəndəlik açması məsələsi ilə əlaqədar "narahatlığını" İsveçə bildirdi . Məlumatı Türk Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə isveçli həmkarı Margot Wallstrom arasındaki telefon görüşü olduğunu təsdiq edən diplomatik mənbələr bildirdi. Stokholm isə sözügedən PYD nümayəndəliyinin "heç bir diplomatik statusa" malik olmamasının unudulmaması lazım olduğunu bildirib.

 

 PRESS TV, FARS: "Qətərdəki hərbi bazaya türk əsgərlərinin yerləşdirilməsi”

Rəsmi səfərlə Dohaya gedən Türkiyə Baş Naziri Əhməd Davudoğlu Qətərli tələbələrə verdiyi açıqlamada: "Yaxın Şərq regionunda Türkiyənin ilk hərbi bazası xüsusi əməliyyatların aparılması məqsədilə yaradılmadı, əksinə bu bazanın yaradılmasında məqsəd sabitliyi qorumaqdır. Mən buraya gəldim və əsgərlərimizlə görüşdüm, onlara, xarici bir ölkədə olmadıqlarını Qətərin ikinci evləri olduğunu dedim" dedi. Davudoğlu "İndi sizə Qətərin təhlükəsizliyi və sabitliyinin Türkiyənin təhlükəsizliyi və sabitliyi kimi olduğunu deyə bilərəm. Biz təhlükəsiz və sabit bir Fars Körfəzi istəyirik. Türkiyə və Qətər eyni taleyi bölüşürlər" deyə danışdı.

 

 “QOLOS ROSSİİ” RADİOSU: "Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti  üzrə ali nümayəndəsi Frederica Mogherini bütün meyarlara əməl olunması halında,  Aİ Komissiyasının Türkiyə vətəndaşları üçün viza sərbəstliyi istiqamətinə tövsiyə qərarı qəbul edəcəyini dedi. Aİ Komissiyası viza sərbəstliyi bağlı üçüncü və son hesabatını mayın 4-də açıqlayacaq. Hesabatda Türkiyənin tələbləri yerinə yetirdiyi qənaətinə gəlinərsə vizaların ləğvi üçün tövsiyə qərarı veriləcək. Viza sistemi ləğv olunarsa Türk vətəndaşları 90 günə qədər olan səyahətlərində vizadan azad olacaqlar".

 



Әlaqәli Xәbәrlәr