Xarici mǝtbuat

Xarici mǝtbuat vǝ veriliş orqanlarında Türkiyǝ gündǝmi ilǝ ǝlaqǝdar ǝks edǝn ǝhǝmiyyǝtli mǝlumatlar

480058
Xarici mǝtbuat

Almaniyanın Deutsche Welle DW qǝzeti, 27 Apreldǝ Bursa vilayǝtindǝ törǝdilǝn komikadze hücumu ilǝ bağlı xǝbǝri “Bursada intihar hücumu” başlığı ilǝ çatdırıb: Bursanın mərkəzində yerlǝşǝn Ulu Caminin yaxınında bir qadın komikadzenin hǝyata keçirdiyi hücum nǝticǝsindǝ 11 nǝfǝr yaralanıb. Bursa valisi Münir Karaloğlu hadisǝ ilǝ bağlı açıqlamasında tarixi Ulu Caminin hǝyǝtinin qərb qapısının yaxınındakı hücumu bir qadın terroristin təşkil etdiyini və komikadzenin parçalanaraq öldüyünü bildirib. Vali Karaloğlu, xain terror hadisǝsi nǝticǝsindǝ yaralanan 11 nǝfǝri xəstəxanada ziyarǝt etdikdǝn sonra da verdiyi açıqlamada, yaralıların vǝziyyǝtinin yaxşı olduğunu, terrorçunun şəxsiyyəti və mənsub olduğu tǝşkilat haqqında qısa müddətdǝ konkret nǝticǝ ǝldǝ edilǝcǝyinǝ inandığını qeyd edib.

ABŞ Turkishny Xəbər Portalı: “Fərqli dinlər və mədəniyyətlər Türkiyənin zǝnginliyidir”.

Prezident Rǝcǝb Tayyıb Ərdoğan, Xorvatiya İslam Birliyi Rǝhbǝrliyinın “Xorvatiyada İslamiyyətin rəsmi din olaraq qəbulunun 100-cü ildönümü” tǝdbirindǝ çıxış edib. Prezident Rǝcǝb Tayyıb Ərdoğan çıxışında: Xorvatiya torpaqları İslamiyetlǝ ǝsrlǝr ǝvvǝl tanış olub. Müsəlmanlar bu torpaqlarda ǝsrlǝr boyu sülh, dinclik və güvən atmosferindǝ yaşayıb. Ölkəmizin ictimai mozaiğini təşkil edǝn fərqli dinlər və mədəniyyətlər Türkiyənin ǝn böyük xəzinəsi hesab edilir. Bu kasıblıq yox, böyük zənginlikdir”.

KRIM QHA: “Türkiyənin Xarici İşlǝr Nazirliyindǝn Krım Türk Milli Mǝclisinin lǝğv edilmǝsini nǝzǝrdǝ tutan Rus mǝhkǝmǝsinin qǝrarına münasibǝt bildirilib”.

Türkiyə Xarici İşlər Nazirliyinın, Rusiya tərəfindən işğal edilən Krımda Rus məhkəmənin Krım Tatar Milli Məclisinin fəaliyyətlərini qadağan edǝn qǝrarı ilǝ bağlı açıqlaamasında: “Krım Tatar Milli Məclisinin fǝaliyyǝtlirinin qadağan edilməsi qərarını qınayırıq. Türkiyǝ, Krım Tatarlarının haqlı mübarizələrinə və Krım Tatarlarına istiqamətli təzyiqlərə son verilməsi istiqamǝtindǝ atılan bütün addımlara dǝstǝk vermǝkdǝ davam edǝcǝk. Rus mǝhkǝmǝsinin bu qǝrarı ilǝ Krım Tatarlarını haqlı davalarından daşındırmaq vǝ tǝslim olmağa mǝcbur edilmǝlǝri mǝqsǝd götürülüb” deyǝ Xarici İşlǝr Nazirliyinin açıqlamasında vurğulanıb.

Azərbaycan Trend News Agency: “Türkiyə Dağlıq Qarabağda vəziyyətin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid edir”, bunu Türkiyǝnin Xarici İşlǝr Naziri Çavuşoğlu Pekində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iştirakçı ölkələrinin nazirlər iclasında çıxış edərkǝn deyib.

 



Әlaqәli Xәbәrlәr