Xarici mǝtbuat 27.04.2016

Dünya mǝtbuatından xǝbǝrlǝr

479146
Xarici mǝtbuat 27.04.2016

Çin CRİ ONLİNE: “Xorvatiya Avropa İttifaqına üzv olmaq yolunda Türkiyǝni dǝstǝklǝyir”

Xorvitayının prezidenti Kolinda Grabar Kitaroviç ölkǝsinin tamhüquqlu üzvlüklǝ ǝlaqǝli müzakirǝlǝr barǝdǝ ǝldǝ etdiyi tǝcrübǝlǝrlǝ Türkiyǝnin inteqrasiya prosesini sürǝtlǝndirmǝsinǝ dǝstǝk ola bilǝcǝyini söylǝyib.

Kitaroviç Xorvitayının paytaxtı Zagrebǝ sǝfǝr edǝn Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan ilǝ bir araya gǝlib. Görüşdǝn sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında Kitaroviç deyib ki, ölkǝm Avropa İttifaqına üzvlük yolunda Türkiyǝni dǝstǝklǝyir.  Ayrıca NATO-ya üzv ölkǝlǝr kimi dǝ aramızda yaxşı ǝlaqǝlǝr mövcutdur. İki ölkǝ dǝ cǝnub-şǝrqi Avropadakı digǝr ölkǝlǝrin NATO vǝ Avropa İttifaqına üzvlüyünü dǝstǝklǝyir.

Amerikanın sǝsi radiosu VOA: “Avropa İttifaqı suriyalılar üçün Türkcǝ tǝhsili gündǝmǝ daxil etdi”

Avropa Komissiyasının Qonşuluq vǝ Genişlǝmǝ siyasǝti üzrǝ üzvü Johannes Hahn Türkiyǝnin Şanlıurfa şǝhǝrindǝ Harran qaçqın düşǝrgǝsini ziyarǝti zamanı suriyalı qaçqınlarla bir araya gǝldi. Hahn qaçqınlara Türkcǝ tǝhsil verilmǝsinin vacibliyinin müşahidǝ edildiyini bildirdi. Qaçqınların mövcudluğununun “böhran” mǝsǝlǝsindǝn ayrı olaraq bir-birini başa düşmǝ, daha yaxşı şǝraitdǝ bir arada çalışma ǝlaqǝlǝri yaratmaqda ciddi bir fürsǝt olaraq görülmǝsinin vacibliyi barǝdǝ mǝlumat ǝldǝ etdiyini dilǝ gǝtirdi.

Turkishny internet saytı: “Nyu-Yorkdakı Sǝlcuqlu Sǝrgisi üçün xüsusi açılış mǝrasimi”

Səlcuqlu dövrünə aid əsərlər  Nyu-York şəhərindəki məşhur Metropolitan muzeyində sərgilənir. Bunun üçün xüsusi açılış gecǝsi tǝşkil edildi.

ABŞ-ın Nyu-York şəhərindəki dünyaşöhrətli Metropolitan muzeyi Səlcuqlu dövrünə aid 270 əsərin də nümayiş olunacağı "Saray və Kosmos: Səlcuqluların yüksəliş dövrü" sərgisinə ev sahibliyi edir.

Sərgidəki əsərlərdən bəziləri yeganə nümunə olaraq sərgilənəcək. Onlardan biri Səlcuqlu dövrünə aid dünyada yeganə nümunə olan Ələddin Keyqubadın adının və ləqəbinin yazıldığı trikotaj məmulatıdır. Avstriyadan gətirilən Artuklu qabı da sərgidə nümayiş olunan 270 ǝsǝrdǝn biridir. Orta ǝsr dövründǝ iz buraxan Sǝlcuqların sǝnǝt, texnologiya vǝ mǝdǝniyyet irsi sahǝsindǝ hazırlanan ǝsǝrlǝr 50 dǝyişik kolleksiya ve muzeydǝn gǝtirilib.



Әlaqәli Xәbәrlәr