Xarici mǝtbuat 21.04.2016

Xarici mǝtbuat vǝ veriliş orqanlarında gündǝmlǝ ǝlaqǝli ǝks edǝn xǝbǝrlǝr

475330
Xarici mǝtbuat 21.04.2016

Reuters xǝbǝr agentliyi: Türkiyənin Xarici İşlər Nazirliyinǝ görǝ Avropa İttifaqının miqrant fondlarının ödənmǝsindǝ problem yaşanır. Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu 21 apreldǝ Avropa İttifaqına çağırış edib ki, Ankaranın immiqrant böhranını idarə etməsinə dǝstǝk mǝqsǝdiylǝ verilmǝsi nǝzǝrdǝ tutulan 3 milyard avroluq yardım vaxtında ödǝnsin. Çavuşoğlu, Ankarada Polşalı həmkarı ilǝ görüşündǝn sonra tǝşkil edilǝn mətbuat konfransında “Aİ, Türkiyəyǝ miqrant layihəsi ilǝ bağlı dəstək sözü verib. Ancaq bu iki il çǝkǝ bilǝr. Suriyalı miqrantlara layihə qarşılığında maliyyǝ yardım vermǝyǝ cǝhd edǝrsǝnizsǝ bǝs bu insanlar iki il nǝ edǝcǝklǝr. Bu insanların təməl ehtiyacları var. Bu sǝbǝbdǝn dǝ Aİ daha praqmatik olmalıdır" deyǝ Xarici İşlǝr Naziri Çavuşoğlu vurğulayıb.

Krım Xəbər Agentliyi QXA, “İşğal edilən Krım ǝrazilǝrindǝ yaşayanlar üçün Türkiyədə istirahǝt imkanı" başlıqlı xǝbǝrindǝ yazıb: Rǝsmi Ankara, Krımda və Donbasda cǝrǝyan edǝn hadisǝlǝrdǝn tǝsirlǝnǝnlǝr üçün Türkiyədə istirahǝt imkanı yaradır. Qǝrara görǝ Krım işğalından mənfi təsirlənənlər, Antaliyada ödǝnişsiz istirahǝt keçirǝ bilǝcǝklǝr. Türkiyenin Kiev səfirliyinin açıqlamasına görǝ Ukraynanın şərqində və Krımda cǝrǝyan edǝn hadisǝlǝrdǝn mənfi təsirlənən və ya ev eşiyini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalanlar ötən il olduğu kimi bu il də 20-27 Aprel tarixləri arasında Türkiyǝnin qonağı olacaqlar. Türkiyǝ cümhuriyyǝtinin Kiyev səfirliyi hǝmçinin bildirib ki, cari ildǝ 186 nəfərdən ibarət qrup 20 aprel tarixində Kievdən Antalyaya hǝrǝkǝt edǝcǝk.

Yaponiya, Nihon Keizai Shimbun qəzeti: “Türkiyə Mərkəzi Bankının 20 Apreldǝ Pul Siyasəti heyəti yığıncağında, gecəlik borc faizi 0,5% aşağı salınıb.

Veriliş organı BBC: “Hollandiyada Türk mənşəli gənc qəhrəman elan edilib"

Hollandiyanın Nijmegen şəhərində, özünǝ qǝsd etmǝk üçün relslərin üzǝrinǝ atılan bir gənc qadını son anda ölümdǝn xilas edǝn Türk mənşəli Kamal Abiş polis və media tərəfindən “qəhrəman" elan edilib.



Әlaqәli Xәbәrlәr