Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

473096
Xarici mәtbuat

RUSİYA, SPUTNİK: ''Ərdoğan: ''Bizi birləşdirən şey İslamdır"

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Hansı irqә hansı dinә mәnsub olmasına baxmayaraq bizi birlәşdirәn bir şey var o da İslamdır'' deyib.

Ərdoğan Dini İşləri İdarǝsinin başçılığında tǝşkil edilǝn Müqəddəs Doğum Həftəsi tǝdbirindǝki çixişinda: ''Dünyada bir insan belә zülmә mәruz qalırsa bu çox böyük bir sayıdır. Hazırda yalnız İslam dünyasında belә yüz minlәrlә hәtta milyonlarla insan zülmә mәruz qalır'' deyib.

R.T.Әrdoğan: '' Yemәyә çörәk, içmәyә isә su tapa bilmәyәrәk hәyatını itirәn insanlarla eyni dünyada yaşadığımız hәr gün bizә haramdır'' deyib. ''Övladı öldüyü üçün ürәyi yanan ana vә ataların, bütün ailәsini itirdiyi üçün yetim qalan qaçqınların olduğu dünyada yaşadığımız hәr gün bizә haramdır'' deyә Türkiyәnin dövlәt başçısı R.T.Әrdoğan bildirib.

İRAN, İRNA: "Purmohammedi: İran və Türkiyə arasında hüquqi əməkdaşlıq iki ölkə münasibətlərinin inkişafına töhvә verәcәk''

İran İslam Respublikasının Ədliyyə naziri Mustafa Purmohammadi: ''İran və Türkiyə arasında hüquqi əməkdaşlıq iki ölkə münasibətlərinin inkişafına töhvә verәcәk'' deyib. İrna agentliyinә müsahibә verәn Purmohammadi: ''İki ölkә çox yaxın münasibətlərə malik olduğu üçün yaxın hüquqi әlaqәlәri dә olmalıdır deyib.

Yaxın münasibətlərə baxmayaraq bu günədәk hüquqi sahədə mövcud münasibətlərin lazımi qәdәr inkişaf etmәdiyini qeyd edәn Purmohammadi iki ölkə arasında imzalanan hüquqi sahədə əməkdaşlıq müqaviləsi ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf edəcəyini bildirib.

SƏUDİYYƏ ƏRƏBİSTANI, Əl Ərəbi Əl Cədid:

''Türkiye-Suriye Dostluq və Qardaşlıq Dərnəyi Türkiyədəki Suriyalı ailələri yenidən bir araya gətirməklə bağlı işlәr görüldüyü barәdә mәlumat verib. Bu çәrçivәdә Türkiyədəki Suriyalı qaçqınların həyatını asanlaşdırmaq üçün bir sıra qərar qəbul olunub. Qərar yalnız әr, arvad və uşaqların bir araya gəlməsini təmin edir.Ailә müraciəti birbaşa vәkili ilә etmәlidir. Müraciətlər yalnız Suriya tərəfindən olmalıdır".

ABD, AMERİKANIN SƏSİ VOA : ''Әrdoğandan Qarabağ problemini həll etmə təşəbbüsü''

Ermenistan və Azərbaycan arasında Qarabağla әlaqәdar baş verәn son münaqişələrdən sonra Türkiyәnin prezidenti Rəcəb tayyib Ərdoğan Zakafkasiyada daha fəal rol oynamağa çalışır. Bu ay ərzində Qarabağda baş verәn münaqişələr beynəlxalq ictimaiyyətin gündəminə gәlib. Ərdoğan bölgənin yenidən Azərbaycanın olacağı barədə söz verib. Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin sədrinin müavini Murad Bilhana görə, Ərdoğanın sözləri Türkiyənin son günlərdəki münaqişələrlə bağlı qayğılarını әks etdirir. Bilhan Türklərin Azərbaycanlıları qohum olaraq gördüklәrini və hər şəraitdə Azərbaycanı dəstəkləyəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr