Xarici mətbuat, 15.04.2016

Ərdoğandan İslam dünyasına ortaq streteji çağırış

471580
Xarici mətbuat, 15.04.2016

Fransa mərkəzli beynəlxalq xəbər kanalı “Euronews": "Ərdoğandan İslam dünyasına ortaq streteji çağırış"

İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı Türkiyənin ev sahibliyilə İstanbulda başlayıb. İslam dünyasının yaşadığı problemlər və həll yollarının müzakirə edildiyi yığıncaqda terrora qarşı əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılıb. Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam ölkələrinin terrorla mübarizədə ortaq hərəkət etməsinin vacibliyinə toxunaraq deyib: "Biz İslam ölkələri içində yaşanan terror və böhran hadisələrinə qarşı başqa güclərin müdaxiləsini gözləmək yerinə Terrora Qarşı İslam İttifaqı yaradaraq bu işi həllini özümüz etməliyik".

İsveçrə, “Le Temps" qəzeti: "İlk Humanitar Yardım Toplantısı Türkiyədə"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun qaçqın problemi və 23-24 may tarixlərində İstanbulda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ilk Humanitar Yardım Zirvə Toplantısı ilə bağlı yazısı dərc edilib. Çavuşoğlu yazıb: "Ən çox humanitar yardım verən Türkiyə, eyni zamanda, bu gün dünyada ən çox qaçqın (3 milyondan çox) qəbul edən ölkədir. Bu, əsasən Suriyada gedən müharibə ilə bağlıdır. Lakin qaçqınlara başını soxacaq bir ev, pulsuz müalicə, parasız təhsil və peşəsini icra etmə imkanı vermək ağır bir maliyyə yükü gətirib, Türkiyə bunun böyük hissəsini təkbaşına qarşılayır. Türkiyənin nümunə olduğu bu əhəmiyyətli səylərdə beynəlxalq humanitar yardım fondunun əskikliyi görünür. Məsələ insan həyatıysa, heç bir şey etməmək variantı ola bilməz. Belə bir kritik dövrdə Türkiyə Birləşmiş Millətlər Təşkilatının ilk Humanitar Yardım Zirvə Toplantısına 23-24 may tarixlərində İstanbulda ev sahibliyi edəcək. Bu tədbir üçün Türkiyənin seçilməsi təsadüfi deyil, yürütdüyümüz humanitar yardım diplomatiyasının müvəffəqiyyətinin tanınmasıdır".

ABŞ, “Amerikanın səsi" radiosu, M.Şimşək: "Suriyalı qaçqınlar müvəqqəti olmaya bilər"

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz iclasları çərçivəsində Vaşinqtonda olan Türkiyənin Maliyyə naziri Mehmet Şimşək ABŞ Ticarət Palatasında qaçqınlarla əlaqədar paneldə etdiyi çıxışında: “Müvəqqəti və ya daimiliyin asılı olmayaraq suriyalı qaçqınları təhsil və iş imkanı ilə təmin etmək lazımdır", - deyib. Türkiyə içində ümumi 2 milyon 800 min, sərhədləri kənarında isə 250 min suriyalı məcburi köçkünün olduğuna diqqət çəkən Şimşək, bundan başqa, ölkədə 150 min iraqlı və 100 min qədər da digər ölkələrdən gələn qaçqınların olduğunu nəzərə çatdırıb. Şimşək canlarını qurtarmaq üçün Türkiyəyə sığınan bu qaçqınların ehtiyaclarını qarşılamanın vicdanı bir öhdəlik olduğu fikrini müdafiə edib.

ABŞ, İqtisadi telekanal “Bloomberg": "Səhmlər son 10 ayın zirvəsində"

Asiyanın ən böyük iqtisadiyyatı eniş xətti alıb, amma Türkiyə may ayından bu yana ən yüksək səviyyəyə çıxıb. Çin ixracatının təkrar yüksəlməsi və idxalda azalma Asiyanın ən böyük iqtisadiyyatının ilk rübündə gözləniləndən daha yaxşıya getdiyini göstərir. Türkiyənin ən böyük üçüncü ticarət ortağındaki bu tarazlıq dalğalı əmtəə qiymətləri və qlobal iqtisadiyyatdakı yavaşlama narahatlıqlarından zərər çəkən, amma inkişaf edən bazarlara dəstək olacaq. Bu yüksəliş Türkiyənin Mərkəz Bankı İdarə Heyətinin sədr müavini vəzifəsinə Erdem Başçının təyin edilməsi və pul siyasətində kəskin dəyişikliyin yumşaldılmasından sonra gerçəkləşib. Qeyd edək ki, İstanbul borsa 100 indeksi dünən Türkiyə saatıyla 14.47-də 85,082.02-yə yüksələrək 25 maydan bəri ən yüksək səviyyəyə çatıb.



Әlaqәli Xәbәrlәr