Dünya Mətbuatı

Xarici mətbuatdan xəbərlər

467041
Dünya Mətbuatı

Rusiya, Sputniknews ​ veb səhifəsi: "Almaniya telekanalı üzr istədi​"

Almaniyanın ZDF televiziya kanalı prezident Rəcəb Tayyib Ərdoğana ünvanlanmış “təhqir" xarakterli proqrama görə üzr istəyib. Kanaldan verilən açıqlamada proqramın internetdən silindiyi və təkrar izlənə bilmə ehtimalının aradan qaldırıldığı qeyd olunub. Açıqlamada bildirilir ki, bu qərar proqramın kanalın standartlarını pozması və keyfiyyət tələblərini yerinə yetirməməsi səbəbi ilə verilib.

İRNA: "İslam Ә​mə​kdaşlığı Təşkilatı Zirvəsi"

13-cü İslam Təşkilatı Ә​mə​kdaşlığı​ Liderlər Zirvəsi aprel ayının 14-16-da Türkiyənin İstanbul şəhərində keçiriləcək. İslam ölkələri liderləri bu zirvədə yerli və beynəlxalq səviyyədə İİT-nin rolunu gücləndirəcək qərarlar verəcəklər. "Ədalət və müdafiə üçün birlik" devizi ilə təşkil olunacaq zirvədə Suriya, Fələstin, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Camu-Kəşmirlə bərabər Ermənistan və Azərbaycan arasındakı münasibətlər müzakirə olunacaq.

Almaniya, Frankfurter Allgemeine Zeitung:​ "Rainer Hermannın "Hər şeyin ona doğru uçtuğu şəhər" yazısında Frankfurt Hava limanının keçən il, İstanbul Atatürk Hava limanının rəqəmlərdə Frankfurtu ötənə qədər uzun bir vaxt dünyanın üçüncü böyük hava limanı olduğunu bildirib. Hermann qeyd edib ki, keçən il 61 milyon sərnişinin gəldiyi Atatürk Hava limanı 2000-ci ildə bu rə​qə​min yarısı qədər bir tutumla fəaliyyətə başlayıb. Açılacaq yeni hava limanı bu ağır yükü öz öhdəsinə götürəcək. 3 terminal, 6 uçuş-eniş meydançası ilə yeni hava limanını ildə 160 milyon sərnişin qəbul edəcək. İstanbulun şimalında və Qara dənizin sahilində yerləşən hava limanının ərazisinin sahəsi 76.5 milyon kvadrat kilometrdir. Bu rəqəmlərə baxsaq belə bir nəticə çıxır ki, İstanbuldakı yeni hava limanı Frankfurt hava limanından 4 dəfə böyük olacaq.

İngiltərə, Daily Telegraph​ qəzeti:

İngiltərə Daily Telegraphın bu günkü yazısında Baş Nazir Devid Kamerunun "offshore" şirkətindəki səhminə yer verilib. Xəbərdə qeyd edilib ki, Kamerun atasına aid olan offshore şirkətində özünün payı olduğunu etiraf edib. Kamerun atasından qalan mirasın bir qəpiyinin belə vergi cənnətlərindən gəlmədiyi barədə heç zaman əmin olmayacağını bildirib. Bildirilib ki, İngiltərə Baş nazirinə istefa etməsi ilə bağlı çağırışlar artıb və şirkətdə səhm sahibi olması Mühafizəkar​ partiya tərəfindən narahatlıqla qarşılanıb.



Әlaqәli Xәbәrlәr