Dünya Mətbuatı

Gündəm xarici media vasitələrində:

464945
Dünya Mətbuatı

Gündəm xarici media vasitələrində:

FRANSA XƏBƏR AGENTLİYİ AFP: Türk xalqı fövqəladə dərəcədə səxavətlidir

Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə İrlandiyanın rok qrupunun solisti Bono arasında bazar günü baş tutan görüşdən sonra Baş nazirin internet səhifəsində yayınlanan bir videoya görə Bono suriyalı qaçqınların Türkiyə tərəfindən qəbul edilməsinin "bütün dünyaya bir dərs " olduğunu dedi. Bono 2,7 milyon suriyalını qarşılayan Türkiyənin xoş niyyətini təqdir etdi. Çankaya Köşkündə keçirilən görüşdən sonra Bono: "Türk xalqının bu səxavəti məni çox təsirləndirdi. Videoda: "Suriyada illərcə davam edən qarşıdurmalardan qaçan insanlar hələ də hər şəhərdə, hər kənddə qonaqpərvərliklə qarşılanır" dedi. Bono söylədiklərinə: " Qaçqınların ölkədə yerləşdirilməsinin çox ciddi bir yük olduğunu bilirəm. Amma buna rəğmən insanlar bundan vaz keçmirlər. Dünya bunun Türk xalqı üçün nə qədər çətin və ağır olduğunu dərk etməlidir" deyərək davam etdi. Yanında xanımı Sarə Davudoğlu da olan Türkiyənin Baş naziri Türkiyədə bu günədək müharibədən qaçan suriyalılar barədə etirazın olmadığını: "Ərəb əleyhinə, suriyalı əleyhinə və ya qaçqın əleyhinə ən kiçik bir etiraz olmadı" şəklində vurğuladı.

RUSİYA BEYNƏLXALQ İNFORMASİYA AGENTLİYİ SPUTNİK: Almaniya Türk metodlu mühacir müqaviləsini genişləndirmək istəyir

Almaniyanın Daxili işlər naziri Tomas de Maiziere Şimali Afrika ölkələri ilə Türkiyə və Aİ arasında imzalanmış bənzər müqavilə üzərində işləyə biləcəklərini bildirdi. "Tagesspiegel am Sonntag" qəzetinə müsahibə verən alman nazir Ankara ilə imzalanan müqaviləni müsbət dəyərləndirdiyini qeyd etdi və Şimali Afrikadan Aİ-yə gələn qaçqınları nəzərdə tutaraq: "Yenə də həll edilməsi vacib olan problemlər vardır" dedi. Problemlərdən birinin də Türkiyə ilə imzalanan müqavilənin həyata keçirilməsi ilə əlaqədar olduğunu ifadə edən Maiziere Liviya və İtaliya kimi alternativ marşrutların istifadə edilməyə başlanması ilə bağlı daha çox tədbir görülməsi lazım olduğunu vurğulayaraq: "Əgər bir daha insanlar bu marşrutla gəlsələr, Türkiyə ilə anlaşdığımıza oxşar nəticələr tapmağa çalışaraq Şimali Afrika ölkələri ilə danışıqlara başlayacağıq" deyən Daxili işlər naziri Şimali Afrika ölkələrinə qaçqınların geri alınması halında yardım göstərə biləcəyini bildirdi.

İNGİLTƏRƏ BBC: DağlıqQarabağda toqquşmalar davam edir, tərəflər bir-birini günahlandırır

Dağlıq Qarabağ bölgəsində Azərbaycanlı və Erməni qüvvələr arasında qarşıdurmalar davam edir. Tərəflər qarşılıqlı şəkildə bir-birini təhdid edir. Ermənistan toqquşmaların müharibəyə çevriləcəyi halında Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını bildirir, Azərbaycan isə Dağlıq Qarabağın paytaxtı Xankəndini hədəf ala biləcəyini bəyan etdi. Azerbaycan Müdafiə Nazirliyi ordunun Dağlıq Qarabağın içinə doğru irəlilədiyi və strateji bölgələri ələ keçirildiyi barədə məlumat yaydı. Qarşıdurmalar başlayandan sonra yaşanan böhranla bağlı ilk dəfə danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyənin Azərbaycanın yanında olduğunu söylədi. Ərdoğan: "Türkiyə Azərbaycanın yanında olmağa davam edəcəkdir. Dağlıq Qarabağ bir gün yenə də Azərbaycanın olacaq" dedi.

BOLQARISTAN RADİOSU BNR İNTERNET SİTESİ: Dağlıq Qarabağ münaqişəsi Sofiyanı narahat edir

Bolqarıstan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində yenidən başlayan qarşıdurmalarla əlaqədar narahatlığını bildirərək tərəfləri güc tətbiq etməkdən çəkinməyə çağırdı. Nazirlik məsələ ilə bağlı xüsusi bəyanatında problemin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi və Aİ-nin dəstəyi və iki dövlət rəhbərləri arasında intensiv dialoqla aparılacaq danışıqlar vasitəsilə sülh yolu ilə həll olunacağını vurğulayır.



Әlaqәli Xәbәrlәr