Xarici mətbuat, 30 mart 2016

Türkiyə və Amerika əlaqələrinin pisləşməsi xəbərləri tamamilə yalandır

461271
Xarici mətbuat, 30 mart 2016

Rusiya, “Sputniknews” internet səhifəsi:

Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra ilk dəfədir ki, Rusiya əsgər heyəti Türkiyəyə gəlib. 3 zabitdən ibarət heyət Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı "Təhlükəsizliyi Artırmaqla Əlaqəli Vyana Sənədi" ilə bağlı İzmirin Foça qəsəbəsindəki Dəniz Bazasında yerləşən Amfibi Dəniz Piyada Briqada Komandanlığında olacaq.

ABŞ, “Amerikanın səsi” internet səhifəsi:

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu “Amerikanın səsi” agentliyinə verdiyi müsahibədə bildirib: “Türkiyə və Amerika əlaqələrinin pisləşməsi xəbərləri tamamilə yalandır. Bizim güclü əlaqələrimiz və hədəflərimiz var. İki yaxın ölkə arasında bəzi məsələlərdə fikir ayrılığının olması adi bir haldır. Görünür, bunu səhv başa düşüblər. Heç bir ölkə hər hansı mövzuda 100 faiz həmfikir ola bilməz. Məsələn, onlar PYD ilə bağlı bir cür düşünür, biz bir cür. Amma fərqli düşünürük deyə əlaqələrimizi pozmaq gülünc olardı yəqin”.

Krım Xəbər Agentliyi, internet səhifəsi:

Türkiyə Mədəniyyət və Turizm naziri Mahir Ünal Ukrayna Beynəlxalq Turizm və Səyahət Sərgisinin açılışına qatılmaq və rəsmi görüşlər üçün Ukraynanın paytaxtı Kiyevə gəlir. Nazir ilk olaraq Ukraynada Osmanlı-Türk mirası və Geliçya Şəhidləri iclasında iştirak edəcək. Daha sonra Mahir Ünal Ukrayna Beynəlxalq Turizm və Səyahət Sərgisinin açılışına gələrək Türkiyə bölümünə baş çəkəcək. Ukrayna Turizm Agentliyinin rəhbəri İvan Liptuqa və tur operatorlarıyla görüşəcək nazirin, eyni zamanda, Ukrayna Baş nazirinin köməkçisi və Mədəniyyət naziri Vyaçeslav Kirilenko ilə görüşməsi də planlaşdırılır.

İran, “Fars” xəbər agentliyinin internet səhifəsi:

Təbriz-Kars dəmiryolu layihəsinə start verilib. İranın Şərqi Azərbaycan Vilayətinin Yol və Kənd Təsərüfatı İdarəsinin rəisi Tehvid Ahlaki Təbriz-Bazərgan dəmiryolu layihəsilə əlaqədar müqavilənin keçən il imzalandığını və 5 ildə bitəcəyini qeyd edib. Ahlaki onu da bildirib ki, “Əslində Təbriz-Bazərgan-Kars dəmiryolu layihəsinin texniki-iqtisadi əsaslandırma işləri keçən il bitmişdi. Layihə üçün lazım olan xarici sərmayə və planlaşdırma sənədlərimiz hazırdır”.



Әlaqәli Xәbәrlәr