Xarici mətbuat, 18.03.2016

"Rusiyanın Suriyadakı diplomatik danışıqlara da xeyri yoxdur"

453499
Xarici mətbuat, 18.03.2016

ABŞ, “Turkish American News Portal”

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Silahlı Xidmətlər Komitəsində "Müdafiə Nazirliyi büdcəsi" başlıqlı iclasda danışan ABŞ Müdafiə naziri Aşton Karter deyib: "Rusiya Suriyaya DAEŞ-la mübarizə üçün gəldiyini söyləmişdi, lakin bunu etmədi. Əksinə, Rusiya ordusu vətəndaş müharibəsini uzatdı və Əsədi dəstəklədi. Rusiyanın Suriyadakı diplomatik danışıqlara da xeyri yoxdur. Biz digər koalisiya tərəfdaşlarıyla birlikdə DAEŞ-i tamamilə yox edənə qədər Suriya və İraqda hərəkatımızı artıracağıq.”

Rusiya xəbər agentliyi “Sputnik”:

Taliban Əfqanıstanın cənubunda ABŞ-a aid vertolyotu saldığını üzərinə götürüb. Sosial mediada yer alan yazılara görə, Taliban terror təşkilatı Əfqanıstanın ən böyük əyaləti olan Helmandın Nad Əli bölgəsində ABŞ vertolyotunu salıb. Vertolyotdakı bütün əsgərlərin “hadisə yerində” həyatlarının itdiyi bildirilib. Kabil mərkəzli “Watan Press” qəzeti isə düşən vertolyota aid olduğunu iddia etdiyi bir fotoşəkil yayınlayıb.

Çin, Çin Milli Radiosu (CRI):

Çin və ABŞ tərəfindən birgə inşa edilən Nüvə Təhlükəsizlik Mərkəzi xidmətə açılıb. İki hökumət tərəfindən ortaq şəkildə maliyyələşən Nüvə Təhlükəsizlik Mərkəzi Asiya-Sakit okean bölgəsində təxminən 2000 nüvə təhlükəsizlik personalına təlim keçmə həcminə malikdir. Mərkəz, Çin və ABŞ başda olmaqla, digər ölkələrin beynəlxalq atom enerji agentliklərilə əməkdaşlığı sürətləndirmək məqsədi daşıyır. Mərkəzi ərazi ilə təmin edən Çin idarəetmə və işlərin nəzarətinə, ABŞ isə nüvə vəsait analizi, qoruma testi və təlim kimi sahələri xüsusi avadanlıqla təchiz edəcək.

Qətər mərkəzli “Aljazeera TV”:

Oksford Universitetinin 62 yaşlı ingilis riyaziyyat professoru Endryu Vayls (Andrew Wiles) məşhur riyaziyyatçı Pyera de Fermanın (Pierre de Fermat) 357 ildir sübuta yetirilməyən nəzəriyyəsini həll etdiyi üçün riyaziyyatın Nobeli sayılan Abel mükafatına layiq görülüb. “Fermanın son teoremi” və ya “Riyaziyyatın ən çətin problemi”ni həll etmək üçün 10 yaşından bəri məşğul olan Vayls, nəhayət, 1994-cü ildə müvəffəqiyyət əldə edib və qarşılığında 700 min dollar da qazanıb.

Bununla da Endryu Vayls problemin həllində istifadə olunan üsullarla müasir riyaziyyatın inkişafına töhfə vermiş sayılıb.



Әlaqәli Xәbәrlәr