Dünya mətbuatı

Gündəm xarici media vasitələrində:

442271
Dünya mətbuatı

İngiltәrә Guardian qəzeti: Beynəlxalq Böhran Qrupunun sәdri Jean-Marie Guehenno Türkiyə və Orta Şərqdəki proseslərə dair bir məqalə yazıb. "Suriyanı xilas etmək üçün Türkiyəni qurban verməyin" başlıqlı mәqalәdә Ankarada hərbi yataqxananın hədəf alındığı və 28 nәfәrin həyatını itirdiyi intihar hücumu da xatırladılaraq :"Türkiyə çoxşaxəli böhranlara sürüklənir. Qərbdəki dostları vəziyyətə müdaxilə etməlidir" deyilir.

Beynəlxalq Böhran Qrupunun sədri Türkiyənin problemləri bu kontekstdәn dәyәrlәndirilmәlidir deyib.

Guehenno Türkiyәnin iqtisadiyyatının güclü olduğunu ifadә edәrәk Avropada son beş ildə ən yaxşı hava yolu şirkәti seçilən Türk Hava Yollarının әldә etdiyi nailiyyәtlәr nəticəsində İstanbul hava limanının canlandığını yazır və Türk dövlətinin torpaqlarının başqa qüvvənin əlinə keçməsinə yol verməyəcəyini vurğulayır.

Fransa Le Monde: Fransanın şimalında yerlәşәn Calais şәhәrindәki qaçqın düşәrgәsinin mәrhәlәli tәxliyyәsi zamanı insident baş verib. Bir qrup qaçqın Jungle ( vәhşi meşә) olaraq bilinәn qaçqın düşәrgәsinin boşaltılmasına qarşı etiraz aksiyası keçirib. Tәhlükәsizlik qüvvәlәri avtomaqistral yolunu bağlayan qaçqınlara müdaxilә edib. Tәhlükәsizlik qüvvәlәri ilә qaçqınlar arasında qısa müddәtli qarşıdurma olub. Ötәn gün baş verәn hadisәlәrə görə tәxliyyә әmәliyyatları dayandırılmışdı. İngiltәrәyә keçmәk üçün aylarla buradakı düşәrgәdә gözlәyәn miqrantların konteynerlәrә vә Fransanın müxtәlif şәhәrlәrindә yerlәşәn düşәrgәlәrә yerlәşdirilmә әmәliyyatları bu gün davam edәcәk.

Almaniya DW: Almaniyanın birinci kanalı ARD tәrәfindәn keçirilən anket sorğusuna görә, Almanların 83%-i miqrantlara qarşı törədilən zorakılıq aksiyalarından utanır. Sentyabr ayında eyni suala cavab verәnlәrin nisbәti 79% olaraq qeydә alınmışdı.

İran Fars xәbәr agentliyi: İran XİN rәhbәrliyinin sözcüsü Hüseyin Cabiri Ensari Suriyanın gәlәcәyi haqqında yalnız Suriya millәtinin qәrar verәcәyini vurğulayıb.

Hәftәlik mәtbuat konfransında Suriya atәşkәsini vә Sәudiyyә Әrәbistanı XİN rәhbәrinin açıqlamasını vә B planından bәhs etmәsini dәyәrlәndirәn Ensari: “Atәşkәsdən iki gün sonra məsələdə maraqlı olan bәzi bölgə tərəflərinin B planından danışmağa başlamaları onların atәşkәs müqavilәsi mövzusunda ciddi olmadığını göstәrir" deyib.



Әlaqәli Xәbәrlәr