Dünya Mətbuatı

Gündəm xarici media vasitələrində:

433601
Dünya Mətbuatı

İngiltərənin Financial Times qəzeti Suriyada müharibənin gedərək daha da beynəlxalq bir ölçü qazanmağa başladığını və bu ölkədə hərbi fəaliyyətlərini intensivləşdirən Türkiyə və Rusiyanın birbaşa qarşıdurmaya girmə riskinin artdığını yazdı. Qəzetin xəbərində: "Digərinin dəstəklədiyi üsyançı qruplara hücumlardan,Türkiyə və Rusiya arasındakı gərginlikdən, Moskvanın Ankara ilə təzyiqi yüksəldərək NATO-ya əks olunmasından narahatlıq keçirən qərb diplomatları həyəcana təbili çaldılar" yazılır. Xəbərdəbir NATO rəsmisinin: 'Bizə elə gəlir ki, Rusiya Baltıik ölkələrində olduğu kimi, NATO-nun ona üzv olan ölkələrin arxasında durma qabiliyyətini sınayır' deyilir.

Çin, CRI. Türkiyənin Müdafiə naziri İsmət Yılmaz Türkiyənin Kilis bölgəsinin PYD, PKK tərəfindən artilleriya atəşinə tutulduğunu bildirərək: "Buna qarşı Maranaz, Sicarnaz və Minak hava limanı və Tel Rıfat və Şafarikat bölgələrində olan təşkilat üzvlərinə qarşı fırtına batareyası ilə atəş edilmişdir" dedi. Suriyanın Hələb şəhərinin şimalındakı hadisələr haqqında məlumat verən Yılmaz: "Ölkəmizə doğru bir hücum edildiyində buna artıqlaması ilə cavab verilir" dedi. Yılmaz PYD-nin Suriyada hər dəfə yeni ərazilər qazanmasının Türkiyəyə əlavə köç mənasına gəldiyini ifadə edərək, Türkiyənin onsuz da 2,5 milyondan çox qaçqına qapılarını açdığına diqqəti çəkdi və bölgədə "ərazi təmizləmə" və "etnik təmizləmə" fəaliyyəti icra edildiyini söylədi.

İran, Fars Xəbər Agentliyi. İranınXarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Cabiri Ənsari prezident Həsən Ruhaninin aprel ayında Türkiyəyə rəsmi səfər edə biləcəyini açıqladı. Həftəlik mətbuat konfransında 2016-cı ilin ilk yarısında İran və Türkiyə arasında bəzi heyətlərin qarşılıqlı səfərləri məsələsinin müzakirə olunduğunu bildirən Ənsari, prezident Ruhaninin aprel ayında keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının liderlər sammitinə dəvət edildiyini, mövzunu araşdırdıqlarını və qərarın sammitin səviyyəsinə görə veriləcəyini söylədi.

Krım, QHA. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Türkiyəni strateji ortaq olaraq qəbul etdiklərini söylədi. Turçinov Türkiyə Müdafiə Sənayesi müşaviri İsmayıl Demir ilə bir araya gəldi. Müdafiə sənayesi sahəsində Ukrayna və Türkiyənin ortaq layihələrinin reallaşması məsələlərinin müzakirə olunduğu yığıncaqda, iki ölkənin müdafiə sahəsində hərbi sursat və silahların ortaq istehsalında müasir texnologiyalardan istifadə mövzularına da toxunulldu. Bu mövzuların həyata keçirilməsi üçün işçi qrupları yaradılması lazım olduğu qeyd edildi.



Әlaqәli Xәbәrlәr