Dünya mǝtbuatı

Gündǝm xarici media vasitǝlǝrindǝ

430165
Dünya mǝtbuatı

Qǝtǝr, Әl Cǝzirǝ TV: “Türkiyǝ sǝrhǝd keçid mǝntǝqǝlǝrinin tǝhlükǝsizliyi barǝdǝ tǝdbirlidir"

Türkiyǝ Suriyadan gǝlǝn qaçqınlara kömǝklik göstǝrmǝkdǝ davam edir. Keçid mǝntǝqǝlǝrinǝ gǝlǝn qaçqınların yerlǝşdirilmǝsi mǝqsǝdi ilǝ Suriya tǝrǝfindǝ hǝr gün 100-ǝ yaxın çadır qurulur. Türkiyǝnin öz tǝhlükǝsizliyini vǝ milli mǝnfǝǝtlǝrini qorumaq üçün vacib olan tǝdbirlǝri gördüyünü vǝ görmǝkdǝ davam edǝcǝyini bildirǝn Baş nazirin müavini Numan Kurtulmuş baş verǝcǝklǝr qarşısındakı ehtimalları müzakirǝ etmǝk üçün beynǝlxalq tǝşkilatlar vǝ NATO ilǝ ǝlaqǝ saxlandığını vǝ minlǝrlǝ qaçqının Türkiyǝ sǝrhǝdlǝri istiqamǝtindǝ axının davam edǝcǝyini güman etdiklǝrini söylǝyib.

ABŞ, Associated Press (AP) xǝbǝr agentliyi: “Merkel Rusiyanın bombardmanı mǝni dǝhşǝtǝ gǝtirdi"

Rusiyanın Suriyanı bombalamasının sǝbǝb olduğu faciǝni görmǝyin onu dǝhşǝtǝ gǝtirdiyini söylǝyǝn Almaniya kanslǝri Angela Merkel bildirib ki, Türkiyǝ vǝ Almaniya BMT-dǝ dekabr ayında qǝbul edilǝn vǝ tǝrǝflǝrǝ dinc ǝhaliyǝ yönǝldilmiş hücumları tǝcili dayandırmağa çağıran qǝrara ǝmǝl etmǝsi üçün tǝzyiq edǝcǝk. Suriyada xüsusilǝ Rusiya tǝrǝfindǝn hǝyata keçirilǝn bombalı hücumlar nǝticǝsindǝ on minlǝrlǝ insan ǝziyyǝt çǝkir. Bu şǝrtlǝrdǝ sülh müzarikǝlǝrinin keçirilmǝsi çǝtindir. Buna görǝ bu vǝziyyǝtǝ sürǝtlǝ son qoyulmalıdır.

İngiltǝrǝ, İndependent qǝzeti: "Suriyada uçuşa qadağa qoyulmuş hava mǝkanı yaradılmalıdır"

Qǝzetdǝ Suriya böhranı ilǝ ǝlaqǝdar ABŞ-a çağırış edǝn mǝqalǝdǝ yazıb ki, son hǝrbi vǝ diplomatik vǝziyyǝt nǝticǝsindǝ suriyalı müxalifǝt qrupları gücünü itirdi. ABŞ-ın bu qruplara dǝstǝk olması, körfǝz ölkǝlǝrinin quruda ǝmǝliyyat hǝyata keçirmǝsinǝ dair tǝklifǝ ciddi yanaşması vǝ dinc sakinlǝr üçün uçuşa qadağa qoyulmuş hava zonası yaratması vacibdir.

Cenevrǝ sülh danışıqlarına da toxunan qǝzet bildirib ki, qorxduğumuz kimi Әsǝd vǝ müttǝfiqlǝri ǝmǝliyyatları artırmaq üçün BMT vasitǝçiliyindǝki sülh danışıqlarından bir pǝrdǝ kimi istifadǝ etdi.

Çin, China Radio İnternational internet saytı: Çinin Türkiyǝyǝ istiqamǝtli sǝrmayǝ qoyuluşları artdı"

Türkiyǝnin son illǝrdǝki sabit siyasi vǝziyyǝti, sürǝtlǝ inkişaf edǝn iqtisadiyyatı vǝ sǝrmayǝ qoyuluşu üçün ǝlverişli mühit kimi faktlar Çindǝki sǝrmayǝdarların marağını cǝlb edir. İki ölkǝ arasındakı iqtisadi vǝ ticarǝt ǝlaqǝlǝri son illǝrdǝ sürǝtlǝ inkişaf edǝrkǝn çinli sǝrmayǝdarlar Türkiyǝdǝ investesiya qoymağa daha çox üstünlük vermǝyǝ başladı. 2015-ci ildǝ Çinin Türkiyǝdǝ birbaşa qoyduğu sǝrmayǝ miqdarı 1 milyard 600 milyon dollardan artıqdır. Bundan başqa, “Bir Nǝsil-Bir Yol" layihǝsi çǝrçivǝsindǝ Çinlǝ Türkiyǝ ǝmǝkdaşlığı davam etdirir. Çinli sǝrmayǝdarların düşüncǝsinǝ görǝ, Türkiyǝ böyük bir bazardır, iqtisadiyyatı inkişaf edir, hǝmin zamanda G20 ölkǝlǝrindǝn biridir vǝ dünyadakı ǝn böyük 17-ci iqtisadiyyatdır. Hǝmçinin qonşu ölkǝlǝrdǝ, Orta vǝ Mǝrkǝzi Avropa bazarlarında Türkiyǝ rol oynayır.



Әlaqәli Xәbәrlәr