Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

368261
Xarici mətbuat

İspaniya, La Vanguardia: "Türk Hava Qüvvələri Türkiyə hava məkanını pozan bir Rus qırıcısının vurulduğunu və təyyarənin Suriya ərazisinə düşdüyünü bildirdi".
İtaliya, ANSAmed Agentliyi: "Türkiyə türkmənləri qorumaq üçün hər şeyetməyə hazırdır. Bu sözlər DEAŞ ilə yerli milislərin toqquşmasından və bölgədəki Rus hava hücumlarından qaçan ən az 1.500 türkmənin son günlər Türkiyənin cənub-şərqinə gəlməsindən sonra Türkiyənin Baş Naziri Əhməd Davudoğluna aiddir".
Fransa, AFP: "Avropa Şurasının Prezidenti Donald Tusk twitter hesabından Aİ və Türkiyə rəhbərlərinin bazar günü Brüsseldə əlaqələri "canlandırmaq" və "qaçqın axınını dayandırmaq" üçün toplanacaqlarını açıqladı. Avropalılar qısa müddət əvvəl seçilən yeni hökumətlə keçiriləcək bu fövqəladə sammitdə Yunan sahilləri vasitəsilə Avropaya çatmaq üçün Türkiyə sahillərindən yola çıxan qaçqınlar məsələsi ilə əlaqədar əməkdaşlıq əldə etməyə ümid edirlər".
İran, IRNA: "İslam ölkələri iqtisadi ekspertlər iclası İran İslam Respublikasının iştirakı ilə İstanbulda işinə başladı. İki gün davam edəcək isclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda gələn həftə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatınin İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) yığıncağı üçün zəmin hazırlayacaq".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr