Xarici mətbuat

Xarici mətbuatda bu gün.

394718
Xarici mətbuat

Rusiyanın Ng.Ru Qəzeti: ‘‘Almaniya Kansleri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş Naziri Əhməd Davudoğlu ilə İstanbulda görüş keçirdi. Görüş zamanı terrorizm ilə mübarizə, Suriyadakı vəziyyət və qaçqın böhranı kimi məsələlər müzakirə olunub. Ancaq Almaniya mətbuatında əks oluna xəbərlərdə Merkelin ilk dəfə zəif və qarşı tərəfin istədiyi bir mövqe sərgilədiyini bildirilib. Almaniyada son günlərdə yayılan fikrə əsasən Merkel tək başına aldığı qərarla qaçqınlara sərhədi açaraq özünü çıxılmaz bir vəziyyətə saldı. Son məlumatlara görə 40 gün ərzində Almaniyaya 410 min qaçqın daxil olub".
İtaliyanın Corriere Della Sera Qəzeti: "Balkan ölkələrinin tikanlı məftilləri arasında sıxılmış minlərlə qaçqın, sularına tabutlar sərilmiş Aralıq Dənizi, Orta Əsrin vəba virusu zamanındakı kimi bağlanan sərhədləri və bu qarışıqlıq içində ümid axtaran Avropa hökumətləri üçün dönüş nöqtəsi bir daha Berlin, daha doğrusu, Merkelin rəsmi səfərlə getdiyi İstanbul olacaq. Almaniya kansleri Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünə "yox" dedikdən 10 gün sonra fikrini radikal şəkildə dəyişdirərək keçmiş Osmanlı İmperiyasının 28 üzvlü ailəyə daxil olma prosesini sürətləndirmək üçün Türkiyəyə əlindən gələn köməyi edəcəyini vəd edir”.
İsveçrənin 20 Minuten Qəzeti: "Almaniya Kansleri Merkel qaçqın böhranı mövzusunda Türkiyəyə güvənir. Merkel İstanbulda Türkiyənin Baş Naziri Əhməd Davudoğlu və Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Merkel güzəştə getməyə hazırdır: Türkiyənin Avropa İttifaqından ən son 3 milyard avro tələbindən sonra Merkel Türkiyəyə qaçqın məsələsi ilə bağlı daha çox maddi yardım vəd etdi. Merkel həmçinin viza rejiminin sərbəstliyini sürətləndirmək və Türkiyənin Avropa İttifaqının tam hüquqlu üzvü olma prosesini yenidən gündəmə gətirmək istədiyini bildirib" .
İsveç, Svenska Dagbladet Qəzeti: "Mərkəzi Trollhtten şəhərində yerləşən elektrikli avtomobil şirkəti NEVS, öz avtomobil modelini inkişaf etdirmək istəyən Türkiyəyə yardım etmək üçün bu ölkə ilə müqavilə imzaladı. NEVS şirkətinin mətbuat katibi Mikael Östlund: "Türk brendinə məxsus yeni bir avtomobil olacaq" deyib. Avtomobil SAAB 9-3 modelinin bənzəri olacaq. Türk mətbuatına əsasən, Türkiyə istehsal etdiyi avtomobili 2020-ci ildə bazara çıxarmağı planlaşdırır".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr