Xarici Mətbuat

Gündəm xarici media mənbələrində:

354937
Xarici Mətbuat

Birləşmiş Ərəb Əmirlikləri, Əl Ərəbi TV: "Ankarada birgə mətbuat konfransı keçirən Türkiyə və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri Firidun Sinirlioğlu və Adil Əl Cubeyir, Suriyalı müxalifləri dəstəkləmə və ölkədə sülhün bərqərar olması məsələsində eyni fikirdə olduqlarını bəyan etdilər. Nazirlər Suriyada əldə olunacaq həllin Cenevre-1 prinsipləri çərçivəsində həyata keçməsini, Suriyanın gələcəyi üçün heç bir rol oynaya bilməyən Bəşər Əsədin hakimiyyətdən getməsini və siyasi keçid prosesinə nəzarət edilməsini nəzərdə tutan siyasi həll yolunun seçilməsini  arzu etdilər".

Rusiya, Ria Novosti Agentliyi: "Strasburq Məhkəməsi daha əvvəl etnik ayrı-seçkilikdə günahlandırılaraq mühakimə olunanTürk siyasətçisi Doğu Perinçekin 1915-ci ildə Ermənilərə qarşı kütləvi qırğın həyata keçirilməsi haqqında qondarma iddianı rədd etmə haqqı olduğuna dair qərar çıxardı. Qərar Avropa İnsan Haqları Məhkəməsində səs çoxluğu ilə (əleyhinə-7səs, lehinə -10 səs) qəbul olundu".


Çin, Beynəlxalq Radio: "PKK terrorçularının gizlətməyə çalışdıqları çox sayda sursatın olduğu anbar İraqın şimalındakı Metina düşərgəsinə girməyə müvəffəq olan xüsusi qruplar tərəfindən aşkar edildi. Türk Hava Qüvvələri Komandanlığına çatdırılan koordinatlar əsasında 11 Oktyabrda keçirilən hava əməlyyatında anbarın yerləşdiyi Metina və Zap bölgələrindəki hədəflər vuruldu. 35 terrorçu zərərsizləşdirildi".

İsveç, Lastidningen-LT qəzeti: "Türkiyə Baş Naziri Əhməd Davudoğlu ABŞ və Rusiyanı Suriyada döyüşən kürd qruplarına etdiklər silahlı dəstək mövzusunda xəbərdarlıq etdi. Davudoğlu: "Bizə qarşı vuruşan hər hansı bir terror təşkilatı ilə əməkdaşlığı Türkiyə qəbul etmir" dedi. Davudoğlu silahların iyul ayından etibarən Türkiyənin silahlı mübarizə apardığı PKK terrorcularının əlinə keçmə riski olduğunu söylədi".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr