Xarici Mətbuat

Gündəm xarici media mənbələrində:

392791
Xarici Mətbuat

Yaponiya, Nihon Keizai Simbun Qəzeti: "Xaosun dərinləşdiyi Yaxın Şərqdə yüksək böyümə nisbətləri nümayiş etdirən Türkiyəni qaranlıq kölgələr əhatə etməyə davam edir. Paytaxt Ankarada ölkə tarixinin ən faciəli terror hücumunda çox sayda vətəndaş həyatını itirdi. Vətəndaş müharibəsinin davam etdiyi Suriya ilə sərhədi və Avropa ilə bağları olan Türkiyənin sabitliyi, region üçün əvəzolunmazdır. Beynəlxalq ictimaiyyət terrorla mübarizə və qaçqınlara dəstək məsələsində Türkiyə ilə əməkdaşlığı gücləndirməlidir".

İran, Mehr Xəbər Agentliyi: "Almaniya Kansleri Türkiyənin təhlükəsiz ölkələr siyahısına alınması ilə əlaqədar olaraq Avropa ölkələrinin müxalifliyinə rəğmən Türkiyəni dəstəklədiyini açıqladı. Bir hökumət rəsmisi çərşənbə günü Berlində Almaniya hökumətinin Türkiyəni təhlükəsiz ölkələr siyahısına salınmasına dair Aİ tərəfindən verilən təklifi dəstəkləməyə hazır olduğunu dedi. Aİ üzvü olan bəzi ölkələr İttifaqın Brüsseldə keçirilən əvvəlki toplantısında siyasi olmayan səbəblərdən ölkələrindən ayrılaraq Avropaya gələn miqrantların geri göndərilməsini tələb etmişdilər".

Hollandiya, Də Volkskrant Qəzeti: "Türkiyə hökuməti şənbə günü paytaxtda baş verən iki bombalı hücumdan sonra Ankara Şəhər Polis Rəisini vəzifədən götürdü.Kəşfiyyat Şöbə Müdiri də vəzifədən uzaqlaşdırıldı. Fəlakət haqqındakı istintaq rəsmi bir qurum tərəfindən aparılır. Baş nazir Əhməd Davudoğlunun açıqlamasına görə, xüsusilə, təcavüzkarların bir-biri ilə olan əlaqəsi araşdırılır. Hücumun həm kürd terrorçuları, həm də DEAŞ tərəfindən törədilməsi ehtimalı qüvvədədir".

Almaniya, DPA: "Aİ Komissiyasının prezidenti Jean-Claude Juncker Aİ-yə namizəd ölkə Türkiyənin "təhlükəsiz ölkə" sırasına salınması üçün çalışır. Juncker çərşənbə günü Avropa Parlamentində verdiyi bir bəyanatda Türkiyənin təhlükəsiz dövlətlər siyahısına salınması məsələsində qərarlı olduğunu bildirdi. Almaniyanın Daxili İşlər Naziri Thomas de Maizirere də belə bir addımın atılmasının tərəfdarı olduğunu qeyd etmişdi. Juncker bu addımın atılmaması halında Ankara ilə Aİ-yə üzvlük məsələsinin müzakirələrinə davam etməyin bir mənasının qalmayacağını vurğuladı".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr