Xarici mətbuat

Xarici mətbuatın bu günkü gündəmi

392377
Xarici mətbuat

İtaliyanın ANSA Xəbər Agentliyi: "İtaliya Xarici İşlər Naziri Paolo Gentiloni "Ankarada törədilən xain hücumu Türk iyənin ‘‘11 sentyabr’’ı oldu’’ deyib. İtaliyalı nazir: "Ən çox təsir edən isə insanların orada müharibəyə qarşı aksiya keçirməsi olub’’. Nəticələri isə narahat edicidir’’ deyə sözlərinə əlavə edib.

Yaponiyanın Nihon Keizai Shimbun Qəzeti: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı terror aktının "Suriya mənbəli olduğuna dair məlumatın mövcudluğundan xəbər verib. Baş Nazir Davudoğlu da oktyabrın 12-də baş verən hadisədə Suriyadakı terror təşkilatı DEAŞ-ın bir nömrəli şübhəli olduğuna işarə etmişdi .

Yunanıstanın Eleftheros Tipos Qəzeti: "Almaniya hökuməti Yunanıstanın qaçqın böhranı mövzusunda Türkiyə hökuməti ilə əməkdaşlıq etməlidir’’ .Türkiyəli rəsmilər ilə qaçqın məsələsini və Suriyadakı son prosesləri müzakirə etmək üçün bazar günü Ankaraya səfər edəcək Angela Merkel Almaniyanın Bild qəzetinə verdiyi müsahibədə "İnsan qaçaqmalçıları Yunanıstan ilə Türkiyə arasında istədiklərini edirlər’’ deyib.

İranın Ferda radiosu: "Türkiyə Baş Naziri, DEAŞ, PKK və PJAK kimi terror təşkilatına qarşı Ankara ilə Tehranin əməkdaşlıq etmələrinin zəruri olduğunu bildirib. Davudoğlu, İran Prezidentinin Birinci Müşaviri İshak Cahangiri ilə telefonla görüşdüyü zaman : ‘‘Hər növ terror təşkilatının bölgədəki varlığına maneə törətmək üçün əməkdaşlıq etməliyik, çünki bu vəziyyət bölgənin sabitliyi və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir’’ deyib. Cahangiri də Türkiyədə törədilən terror hadisələrinin narahatedici olduğını ifadə edərək "İran ilə Türkiyənin yaxın əməkdaşlıq etməsi terror qruplaşmaları ilə mübarizədə çox əhəmiyyətlidir’’ deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr