Xarici Mətbuat

Bu günün gündəmi xarici media mənbələrində :

388885
Xarici Mətbuat

İsveç, Expressen: " Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin qaçqın problemini necə həll edəcəyi barədə fikir bildiridi. İsveç Hökuməti bu vəziyyəti qəbul etsə yaxşı olar. Avropa İttifaqı hal-hazırda "Balkan marşrutu" adlandırılan Avropa sərhədləri boyunca yayılan qaçqın axınını dayandırmaq üçün Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparır. Bu cür plan İsveçə gəlməyi bacaran qaçqınların sayını ciddi dərəcədə azaldacaqdır".

Avstriya, Der Standard: "Beynəlxalq ictimaiyyətin uğursuzluğu səbəbindən Suriya və İraqda DEAŞ zorakılıqlarının çoxalması ilə əlaqədar vətənlərində gələcəklərinin olmayacağını düşünən yüz minlərlə çarəsiz insan ölkəsini tərk edib. Türkiyə bu insanların dəniz yolu ilə getməsinə icazə verir və haqlı olaraq Türkiyənin çiyinlərinə Aİ ölkələrinə nisbətən daha çox yük düşməsinə diqqət çəkir. Ankara indiyə qədər qaçqınlar üçün 8 milyard avro xərcləyib. Aİ məsələnin bu şəkildə inkişafı ilə əlaqədar utanmalıdır. Köçkün və qaçqınların "Balkan marşrutu" üzərindən hərəkətini tənzimləmək üçün Aİ-nin Ankaranın təcili köməyinə ehtiyacı var".

İtaliya, Internazionale: "Rusiyanın Suriyaya müdaxiləsi İslamın iki məzhəbi arasındakı münaqişəni daha da dərinləşdirdi. Hazırda hadisələrin necə inkişaf edəcəyini bilmirik. Ancaq sünni ölkələr, Dəməşq rejiminin rus dəstəyi sayəsində qalib gəlməsinə qətiyyən yol verməyəcəklər. Yaxın Şərq də odla oynayır və elə bir məsuliyyətsizlik nümayiş etdirir ki, əhəmiyyətli bir diplomat bazar ertəsi günü: "Vladimir Putinin rasionallığına hələ də inana bilərikmi?” deyə sual verdi".

Iran, ISNA İnformasiya Agentliyi: "Ağ Ev Sözçüsü Josh Earnest Amerikanın, Rusiyanın Türkiyə hava məkanını pozması ilə əlaqədar narahat olduğunu açıqladı. Rusiyanın Türk hava məkanını təsadüfən pozduğuna dair verdiyi ifadələr haqqında Earnest: "Mən NATO-nun dəfələrlə hava məkanının pozulması hallarını baş verdiyini açıqladığını, həmçinin NATO Baş Katibinin bu məsələ haqqında narahat olduğunu ifadə etdiyini bilirəm. Biz, bu ciddi narahatlığa qoşuluruq və ABŞ bu məsələ ilə bağlı NATO müttəfiqləri ilə məşvərətlər aparır "dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr