Xarici mətbuat

Internazionale (İtaliya): Türkiyə Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğanın Türk ordusunun PKK terrorçularına qarşı növbəti əməliyyatı barədə verdiyi açıqlamasını yaydı.

348145
Xarici mətbuat

Internazionale xəbəri: ‘‘Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan Türk ordusunun ötən gecə İraqın şimalına təşkil etdiyi əməliyyat nəticəsində 30-dan çox PKK terrorçunun zərərsizləşdiyini açıqlayıb. Türkiyə iyul ayının sonunda Suriyada DEAŞ-a qarşı əməliyyatlar həyata keçirib və PKK mövqelərini bombalamağa başlayıb. PKK-nın muxtariyat almaq üçün 1984-cü ildə rəsmi Ankaraya qarşı başladığı silahlı mübarizədə bu günə qədər 40 mindən çox adam ölüb’’ şəklində verdi.
İngiltərənin Əl Həyat qəzeti: Fransua Hollande ilə Türkiyənin Baş Naziri Əhməd Davudoğlunun Nyu-Yorkdakı görüşündən yazdı.
"Bir Fransız mənbəyinin Fransa Prezidenti Fransua Hollandenin Türkiyənin Baş Naziri Əhməd Davudoğlu ilə Nyu-Yorkda keçirdiyi görüşdə, Türkiyənin, Suriyanın şimalında uçuşa qadağa qoyulan bölgə inşa etməsi və bu ərazini təmizləmək üçün də Suriya müxalifəti ilə birlikdə hərbi əməliyyat keçirməsi kimi mövzuları müzakirə etdiklərini bildirib.
Fransanın belə bir əməliyyatı dəstəkləyəcəyini də vurğulayan məmbə, "Əsədin Suriyada siyasi həllin parçası olmayacağı" məsələsində Türkiyə ilə həmfikir olduqlarını da bildirib. Məmbə Fransa Prezidenti Hollandea istinadən bildirib ki, ‘‘Bəşər Əsədin hakimiyyətdən uzaqlaşmasının zəruriliyi yalnız Fransanın fikri değil’’.
Avstriyanın Kronen Zeitung qəzeti: Türkiyənin Suriyanın şimalında təhlükəsizlik bölgəsində 300 min nəfərlik qaçqın düşərqəsi yaradılması təklifindən yazdı.
Kronen Zeitung xəbərdə: ‘‘Türkiyə 300 min nəfərlik konteynerlərdən ibarət olan üç şəhərin salınmasını təklif edir. Baş Nazir Əhməd Davudoğlı BMT-in Nyu-Yorkdakı mərkəzində verdiyi açıqlamada, Avropa İttifaqının bu layihəni maliyyələşdirməsi təqdirində Türkiyənin Suriyanın şimalında “təhlükəsizlik bölgəsində” düşərgələr inşa edə biləcəyini də söyləyib" şəklində yazıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr