Xarici Mǝtbuat 10.09.2015

Xarici mǝtbuatın xülasǝsi

344097
Xarici Mǝtbuat 10.09.2015

Rusiya RİA Novosti yazıb: Xarici İşlər Nazirliyi: Rus təyyarələrinin Suriyaya uçuşu ilə əlaqədar Türkiyə hava məkanından istifadəsi istənilməyib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi,Suriyaya humanitar yardım daşıyan təyyarələrin Türkiyə hava məkanından istifadəsinin istənilmədiyini bildirib.
Türk rəsmisi "məsələnin həssaslığı" baxımından Suriyaya uçan hər bir xarici təyyarənin Türk hava məkanından istifadə etməsinə icazə verilməsi məsələsinin ətraflı təhlil olunduğunu qeyd edib.
Rusiyanın Suriyaya humanitar yardım daşıyan təyyarələrinin Bolqarıstan və Yunanıstan hava məkanlarını istifadə etməsinə dair tələbinə ABŞ da reaksiya verib.
Çərşənbə axşamı Bolqarıstanın Xarici İşlər Nazirliyi 1-24 Sentyabr tarixləri arasında Suriyaya humanitar yardım daşıyan Rusiyaya məxsus təyyarələrin Bolqarıstan hava məkanından istifadə etməyəcəyini açıqlamışdı.
The Tımes, Suriyalı qaçqınlar Avropaya çatıb başlıqlı xǝbǝrindǝ bildirib.
Livanda Tripoli liman şəhərində yerləşən səyahət şirkətləri Avropaya dəniz səyahətinin başlanğıc məntəqəsi olan Türkiyəyə edilən tətil rezervasiyalarında 0,30 % artım olduğunu bildiriblər.
Dünən “Tevfik Səyahət” şirkətinin telefonları heç susmayıb və əllərində bir sürü Suriya pasportu olan bir qrup gənc təşvişlə büroya gələrək narahat şəkildə gözləyiblər.
Şirkətin Tahane adlı işçisi rezervasiyalarda böyük bir artım olduğunu deyir: "Əvvəlcədən Türkiyəyə həftədə iki gəmi gedirdi, indi gündə 3-4 gəmi Türkiyəyə yollanır". Yardım təşkilatları da bu axını təsdiq edib.
DPA: İsrail dörd ildən sonra Qahirədə səfirlik açır:
İsrail dörd il əvvəl Misirin paytaxtı Qahirədə bağladığı səfirliyini yenidən açdı. İsrail Xarici İşlər Nazirliyindən çərşənbə günü bildirildiyi kimi, İsrail Xarici İşlər Nazirliyi nümayǝndǝsi Dore Gold ilə Misirli zabitlərin iştirak etdiyi mərasimdə Qahirədəki səfirlik binasında İsrail bayrağı qaldırılıb. Məlumatda Goldun: "Orta Şərqin təhlükəsizliyi və rifahı üçün birlikdə (Misir ilə) çalışırıq" sözlərinə yer verilib.
İsrailin Misirdəki Səfirliyi 2011-ci ilin sentyabrında nümayişçilərin hücumu nəticəsində bağlanmışdı. Həmin il fevral ayındakı inqilabdan sonra mütəmadi şəkildə İsrail əleyhinə mitinqlər keçirilmişdi. Baxmayaraq, İsrail-Misir arasındakı siyasi ǝlaqǝlǝ davam etmişdi.
Qeyd edǝk ki, Misir ilə İordaniya İsraillə diplomatik əlaqələri olan iki Ərəb ölkəsidir.
Fransa xǝbǝr agentliyi xǝbǝr verir ki, Bolqarıstan Xarici İşlər Naziri Daniel Mitov bu gün mətbuata verdiyi açıqlamada: Bolqarıstan, Moskvanın Suriyaya humanitar yardım daşıdığını iddia etdiyi Rus təyyarələrinin Bolqarıstan hava məkanından keçməsinə, daşınmaya nəzarət edilməsi şərti ilə icazə verməkdǝ hazırdır.
Danimarka dəmir yolu şirkəti DSB isə bu gün verdiyi açıqlamada polisin göstərişi ilə Almaniyaya bütün qatar sǝfǝrlǝrinin təxirə salındığını bildirib.
“Suriyadakı Rus mütəxəssislərin sayı artıb”
İngiltǝrǝ Reutersǝ: Suriya hərbi rəsmisinin çərşənbə günü verdiyi açıqlamaya görə, son bir il içərisində Suriyadakı rus hərbi mütəxəssislərin sayı artıb. Bu, Rusiya- Suriya əlaqəlǝrinin güçlǝnmǝsinǝ işarə edir.
Vaşinqton isə Suriya Prezidenti Bəşər Əsədə verilən dəstəkdən narahatdır.
Rusiya Suriyada hərbi mütəxəssisləri olduğunu təsdiqləyir, lakin bu şəxslərin yalnız silah daşınmasına yardımçı olduqlarını bildirir.
ABŞ rəsmiləri bir neçə gün əvvəl verdikləri açıqlamada Rusiyanın Əsədə etdiyi yardımı artırmağa çalışdığına şübhə etdiklərini bildiriblər.

Rus İtar Tass :“Rusiya Suriyanı hǝrbi tǝchizatla tǝmin edir”
Rusiya Xarici İşlər Nazirliyi: Rusiya Suriyanı beynəlxalq hüquqa uyğun olaraq hərbi təchizatla təmin edir.
Rusiya Xarici İşlər Nazirliyinin Rəsmi Sözçüsü Mariya Zaxarova Suriyadakı vəziyyətlə bağlı verdiyi açıqlamada Rusiyanın Suriyanı beynəlxalq hüquqa uyğun olaraq hərbi təchizatla təmin etdiyini və lazım olarsa terrorla mübarizə çərçivəsində Dəməşqə əlavə yardım etmək məsələsini də dəyərləndirəcəyini bildirib.
Rusiya ilə Suriya arasında hərbi texniki əməkdaşlığın gizli tutulmadığını vurğulayan Zaxarova: "Suriyaya uzun zamandır beynəlxalq hüquqa uyğun olaraq mövcud müqavilələrǝ ǝsasǝn silah və hərbi avadanlıq ixrac edirik deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr