Xarici mətbuat

Türkiyə haqqında xarici mətbuatda yer tutan xəbərlər

209093
Xarici mətbuat

  İngiltərənin “El Kuds El Arabi” qəzeti “Afrika qitəsində nüfuzunu artırır” başlıqlı məqaləsində yazır:
  “Türkiyə iqtisadi gəlir əldə etmək, ticarət əlaqələrini genişləndirmək və bu ölkələrdən beynəlxalq arenada daha çox siyasi dəstək almaq məqsədiylə Afrika qitəsində nüfuzunu artırmaq səylərini davam etdirir.
  Cibutinin paytaxtında təşkil edilən Türkiyə-Cibuti İş Forumunda danışan prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Afrikanın problemlərinin və eyni zamanda, potensialının böyüklüyünü bildiyini və hər zaman Afrikanın yanında olduğunu və olacağını” deyib.
Cibuti səfərindən sonra Somaliyə keçən Ərdoğan yoxsullara yardım çərçivəsində 10 min ev tikmək və Mogadişu limanını təmir etmək sözünü verib.”

  Qırğızıstanın “Ca-News.org” qəzeti “TANAP üçün Türkmənistana çağırış” başlıqlı məqaləsində yazır:
  “Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Aşqabadda üç ölkənin xarici işlər nazirlərinin qatıldığı yığıncaqda olub. Sonda Türkiyə və Azərbaycan “Trans Anadolu” Təbii Qaz Boru Xətti layihəsinə Türkmənistanın da iştirakını məqbul hesab edərək ona müraciət ediblər. “TANAP”ın vazkeçilməz bir layihə olduğunu bildirən Mevlut Çavuşoğlu layihənin üç ilə tamamlanacağını deyib.”

  Gürcüstanın “İnterpressnews” qəzeti “Gürcüstan-Türkiyə strateji tərəfdaşlığı” məqaləsində yazır:
“Tiflisdə səfərdə olan Türkiyə Gömrük və Ticarət naziri Nurettin Canikli Gürcüstan Maliyyə naziri Nodar Khaduri ilə görüşüb. Sonra təşkil edilən mətbuat konfransında Nurettin Çanikli deyib: "Türkiyə beynəlxalq tədbirlərdə hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir."

  Nazir Canikli də öz növbəsində bu sözləri deyib: "Gürcüstan və Türkiyə strateji tərəfdaşdır. Ticarət potensialımız olduqca yüksəkdir və daha da inkişaf etdirilə bilər. Ölkələrimizin bizə təqdim etdiyi bütün potensialdan kifayət qədər istifadə etməliyik."

  İran “ISNA” qəzeti “İran-Türkiyə ticarət əlaqələri” məqaləsində yazır:
  İran Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Fikri İşığı qarşılayıb.
Mahmud Vaizi “İran və Türkiyə arasında ticarət həcmi 15 milyard dollara yaxınlaşıb. Hazırda hər iki ölkə bu rəqəmi 30 milyarda çatdırmaq üçün planlar, proqramlar hazırlayır” dedi.
  Fikri İşık da fikirlərini "Bölgənin böyük və əhəmiyyətli ölkələri olan İran və Türkiyənin bir-birinə yaxın olması bölgədə hüzur və sabitliyin qorunmasına kömək olur" deyə ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr