XARİCİ MӘTBUAT

ABŞ-ın The Wall Street Journal qəzetində qeyd olunur ki, Türkiyə ilə Rusiya, Qara dənizdəki iki qonşu ölkə arasında yeni boru xətti inşa etmək üçün ilk dəfə danışıqlar aparıb.

151506
XARİCİ MӘTBUAT

XARİCİ MӘTBUAT
ABŞ-ın The Wall Street Journal qəzetində qeyd olunur ki, Türkiyə ilə Rusiya, Qara dənizdəki iki qonşu ölkə arasında yeni boru xətti inşa etmək üçün ilk dəfə danışıqlar aparıb.
Enerji naziri Taner Yıldız danışıqların, Rusiya Dövlət Başçısı Vladimir Putinin ötən həftəki Ankara səfəri zamanı imzalanan memorandum ilǝ başladığını açıqlayıb.
Nazir yeni layihənin Rusiyanın dövlət enerji şirkəti “Qazprom”un üzərinə götürdüyü “Cənub Axını” layihəsinin yerini alıb ala bilməyəcəyini söyləmək üçün hələ çox tez olduğunu ifadə edib.
Yıldız, İstanbuldakı Boğaziçi Enerji Klubu konfransındakı çıxışı zamanı “Türkiyənin, coğrafi mövqeyinin üstünlüklərindən istifadə etmək lazımdır. Bu layihənin reallaşacağına inanıram” deyə bildirib.
Rusiya-Türkiyə boru xəttinin, Azerbaycn təbii qazının Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan, Avropaya daşıyacaq Cənub dəhlizi kimi mövcud layihələr üçün təhdid olmadığını vurğulayan Yıldız, “TANAP bizim layihəmizdir, onu təhdid altına alacaq layihəyə daxil olmarıq” deyə bildirib.
İtalyanın Europa qəzetində bildirilir ki,
İtalya Baş naziri Mattio Renzi, Ankara ziyarətində, “Ədalət və Təməl hüquqlarla bağlı müzakirələrin yenidən başladılmasını” tələb edib.
Renzi, həmkarı Əhməd Davudoğlu ilə Ankarada təşkil olunan mətbuat konfransında, “Türkiyənin Avropa İttifaqı ilə əlaqələrinin yenidən qurulması vacibdir” deyə bildirib.
İranın İRNA agentliyinin yaydığı xəbərdə qeyd olunur ki, Türkiyə, bəzi Amerika və Avorpa Şirkətləri tərəfindən ortaq bir proqram çərçivəsində istehsal olunan “Müştərək döyüş Təyyarəsi F-35” təyyarələrinin Avropa bölgəsi üçün təmir mərkəzi olacaq.
Türkiyə Müdafiə Sənayesi Müşavirliyindən verilən açıqlamada, ABŞ Müdafiə Nazirliyinin, “döyüş təyyarəsi F-35”in Avropada təmir mərkəzlərinin seçimi işlərini tamamlandığı bildirilib. Qərara görə Türkiyə, 2018-ci ilə qədər bu vəzifəni icra edəcək.
Fransanın Le Figaro qəzeti, “Türkiyəyə səyahət etməyə dəyərmi” başlıqlı məqalə dərc edib. Yazıda bildirilir ki, Türkiyədə yalnız mavi səma, dəniz və günəş təqdim olduğunu düşünənlər yanılır. Türkiyə torpaqları minlərlə il, bir çox mədəniyyətlərə ev sahibliyi edib. Mesopotamiya mədəniyyətləri, Yunanlar, Romalılar, Farslar, ilk xristianlar, Bizanslılar, Səlcuqlular, Osmanlılar bu torpaqlarda iz buraxıb.
Türkiyədə yalnız arxeologiya və arxitektura olduğunu düşünürsünüzsə yanılırsınız. Şərq ilə Qərb arasındakı yaxınlığı, sənət, mətbəx, musiqi və gündəlik həyatda da görə bilərsiniz.
Türkiyəni ilk dəfə ziyarət edənlərə bu müxtəliflik qəribə gələ bilər. Orta Şərq ölkəsinə səyahət etdiyini zənn edən turist, çox müasir bir cəmiyyət və ölkə ilə qarşılaşır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr