XARİCİ MӘTBUAT 23-07-2013

Xarici Mətbuatda әn çox diqqәt çәkilәn mövzuların başında İsrailin törәtdiyi qırğın gedib.

67107
XARİCİ MӘTBUAT 23-07-2013

Xarici Mətbuatda ötәn hәftә әn çox diqqәt çәkilәn mövzuların başında İsrailin Qəzza zolağına istiqamətli başlatdığı әmәliyyatlar vә törәtdiyi qırğın gedib. Fələstin Dövlət Başçısı Mahmud Abbasın, prezident Abdullah Gül ilə İstanbulda görüşdüyü mәlumatını çatdıran əl Şərq qəzeti yazıb: Mahmud Abbas, Gül ilә görüşündәn sonra təşkil edilən birgә mətbuat konfransında: "Fələstində cәrәyan edәn proseslәr haqqında məlumat çatdırmaq üçün Türkiyә ilә hәr seviyyәdә әlaqә saxlaırıq” deyib. Türkiyənin BMT-də yanında Fələstin məsələsi ilә bağlı üzәrinә götürdüyü rolu yüksәk qiymәtlәndirib. İngilis xəbər agentliyi Reuters, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Qəzza Zolağına təşkil etdiyi hücumlar sәbәbi ilә İsrail hökumәtini Hitlerә bәnzәtdiyini, ABŞ-nı isә , İsrailin balanssız siyasәtini müdafiә etmәkdә ittiham etdiyini və İslam dünyasının İsrailә qarşı daha sәrt reaksiya vermәdiyini sәslәndirdiyini, buna baxmayaraq ölkədəki yəhudilәrdәn qisas almamaları mövzusunda xalqı xәbәrdarlıq etdiyini bildirib. 

Fransız Mətbuat Agentliyi dә İsrailin Qəzza Zolağına hücumlarına Ərdoğanın çox sərt reaksiya göstərdiyini, İsrailin Qəzza zolağına tәşkil etdiyi aviazәrbәlәri, Fələstinlilərə istiqamətli "Planlı soyqırım cəhdi" olaraq xarakterizə etdiyini yazıb. 

Ərdoğanın, İstanbulda Müsəlman alimlər tәrәfindәn tәşkil edilәn bir beynəlxalq yığıncaqdakı çıxışınada toxunan agentlik, Ərdoğanın, "Belə bir vəziyyətlә ilk dəfə qarşılaşmırıq. 1948-ci ildәn bәri hər gün, hər ay və xüsusilə müqəddəs Ramazan ayında sistematik soyqırıma şahid oluruq” dediyini, beynəlxalq cəmiyyəti cәrәyan edәn proseslәrә biganә qalmaqda ittiham etdiyini bildirib.
Rusiyanın rəsmi xəbər agentliyi Ria Novosti, İsrailin Qəzzaya təşkil etdiyi hücum və quru hərəkatından sonra Türkiyənin bir çox şəhərində etiraz aksiyalarının keçirildiyini, nümayişçilərin әllәrindә Fәlәstin bayraqları tutaraq İsrailin İstanbuldakı Konsulluq binasının qarşısında toplanıb, İsrail əleyhinə şüarlar sәslәndirdiklәrini, Ankarada minlərlə insanın İsrail səfirliyi binası qarşısında hücumları lәnәtlәdiklәrini, İzmir vilayәtinin әn böyük meydanında toplanan bir qrupun həyatını itirən Fələstinlilər üçün dua etdikdәn sonra şüarlar sәslәndirdiklәrini bildirib.
İspan qəzeti La Vanguardia yazıb: Dövlәt başçısı Abdullah Gül, Şimali Kıbrıs Türk Respublikasına sәfәri zamanı verdiyi açıqlamada Kıbrıs probleminin həlli, Türkiyәnin xarici prioritetlərindən biridir. Bu problem sonsuza dәk davam edә bilmәz.Türkiyә, problemin hәlli mövzusunda Kıbrıslı Türklərə dəstək vermәkdә davam edәcәk deyә vurğulalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr