İran və Oman XİN rəhbərləri birgə mətbuat konfransında çıxış ediblər

İranın xarici işlər naziri Hüseyn Abdullahian bəyan edib ki, ölkəsi və Oman Qəzzada müharibənin sona çatmasının vacibliyi mövzusunda razılığa gəliblər.

2126016

Omanın ONA xəbər agentliyinin məlumatına görə, xarici işlər naziri Bədr əl-Busaidi paytaxt Maskatda iranlı həmkarı Abdullahiyan ilə birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən Hüseyn Abdullahian ölkəsinin bölgədəki və dünyadakı proseslər mövzusunda Omanla məsləhətləşmələrini davam etdirdiyini və hər iki ölkənin Qəzzada müharibə və soyqırımın dayandırılmasının vacibliyini vurğuladığını bildirib.
İki ölkə arasında əlaqələrin hər sahədə sabit inkişaf nümayiş etdirdiyini qeyd edən Hüseyn Abdullahian Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tehrana qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün göstərdiyi təşəbbüsə görə Oman Sultanı Heysəm bin Tariqə təşəkkür edib.
Busaidi isə öz növbəsində ölkəsinin bölgədə artan gərginliyin azaldılmasına yönəlmiş səyləri dəstəklədiyini vurğulayıb.
Omanın xarici işlər naziri bəyan edib ki, İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu regionda müharibənin miqyasını genişləndirib.

Әlaqәli Xәbәrlәr