“Ruslar həmişə bu üsullardan istifadə edir”, V.Zelenski

Sosial media hesabında paylaşdığı videoda Ukrayna vətəndaşlarına müraciət edən Zelenski deyib ...

2119333
“Ruslar həmişə bu üsullardan istifadə edir”, V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvadakı terror aktını Ukrayna ilə əlaqələndirməyə çalışdığını bildirib.

  Sosial media hesabında paylaşdığı videoda Ukrayna vətəndaşlarına müraciət edən Zelenski deyib: “Putin martın 22-si axşamı paytaxt Moskvada “Crocus City Hall” konsert zalında terror aktını törədənlərin Ukraynaya doğru qaçmağa çalışdıqlarını söylədi.

  Rusiya hökuməti hücumda Ukraynanı günahlandırmağa çalışır. Daha əvvəl də oxşar addımlar atıblar. Ruslar həmişə bu üsullardan istifadə edir.

  Rusiya ordusu Ukrayna və bu ölkədə yaşayan insanlara qarşı terror aktları törədir. Onlar yüz minlərlə terrorçunu Ukrayna ərazisinə qovublar, bizə qarşı döyüşürlər və öz ölkələrində baş verənlərlə maraqlanmırlar.

  Putin Rusiya vətəndaşlarına diqqət yetirmək və onlara müraciət etmək əvəzinə, bir gün susdu, hücum məsələsini Ukraynanın üzərinə necə atmağı düşündü.

  Rusiya xalqı Ukraynada həlak olan rus əsgərlərinə görə Putindən hesab soruşmayınca Putin bu vəziyyətdən öz xeyrinə istifadə edəcək.

  Terrorçular hər zaman uduzmalıdır. Həyatı həqiqətən müdafiə edən hər kəsə təşəkkür edirəm”.

  Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı adamlar tərəfindən terror aktı törədilib. Hücum edənlər zalda avtomat silahlardan necə gəldi atəş açıblar. Konsert zalının yerləşdiyi binanın damında yanğın baş verib, sonra dam örtüyü düşüb. Rusiya rəsmiləri hücumda 133 nəfərin öldüyünü açıqlayıb. Hadisə zamanı 100-dən çox adam da yaralanıb. Rusiya prezidenti Vladimir Putin hücumu törədən 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanıldığını bildirib.



Әlaqәli Xәbәrlәr